IQNA

Quran tilavəti sənəti / 14

Ustad Şəhhatın qiraətinin estetik xüsusiyyətləri

22:21 - December 12, 2022
Xəbər sayı: 3493407
Ustad Şəhhatın qiraətinin estetik xüsusiyyətlərinin birincisi qaydalara riayət etməkdir. İkincisi, mütənasiblik və simmetriyaya uyğunluqdur. Qiraət zamanı Şəhatın melodik cümlələri arasında tarazlıq yaranır və onun üst-üstə qoşmaları çox yaradıcı və ölçülüdür.

Mərhum ustad Şəhhat Məhəmməd Ənvər (1950-2008) Şeyx Əl-Zənati və Mahmud Həmdi Əl-Zamilin qiraətlərindən təsirlənən bir məntəqədə böyüdü. Deyəsən, Şəhhatın hər sözə görə müstəqil şəxsiyyəti olub və onları ayrı-ayrılıqda tələffüz edib. O, Həmdi Əl- Zamilin qiraətini dinlədiyi üçün bu baxışı Həmdi əl-Zamildən əldə etmişdir.

Şəhhatın qiraətinin özəlliyi harmoniyası olmasındadır. Onun qiraətinin tərkib hissələri arasında vəhdət, tarazlıq, inteqrasiya və harmoniya vardır. Virtual məkana sahib olduğumuz indiki dövrdə yeni nəslin tam qiraətə qulaq asmağa səbri yoxdur. Yalnız bir hissəyə və ya fraqmentə qulaq asırlar. Bu, səbəb olur ki, onlar  rədiflə oxumağı, müntəzəm oxumağı və harmoniyanı öyrənməsinlər.

Şahhatla bağlı gələcək nəslin oxucuları üçün faydalı ola biləcək sual, nəyin Şəhhatın qiraətini gözəlləşdirməsidir? Bu suala cavab vermək istəyiriksə, gözəl sənət əsərinin hansı xüsusiyyətlərə malik olduğunu bilməliyik. İndi estetikanın və sənət fəlsəfəsinin əsaslarına nəzər salsaq, bir neçə prinsipi əldə edərik: Tamaşaçını onu dinləməyə çəkən birinci prinsip qanunauyğunluqdur.

Qiraətin estetik xüsusiyyətləri

Şəhhatın qiraətinin prinsipləri, qaydaları və çərçivələri var. Necə ki, Menşavi, Əbdül-Basit və Mustafa İsmayılın qiraəti qaidə əsasında idi. İkinci prinsip mütənasiblik və simmetriyadır. Şəhhatın melodik cümlələri ilə, məsələn, Mustafa İsmayılın qiraətinin arasında mütənasiblik var. Şəhhatın qiraətindəki mütənasiblik çox yaradıcı və müəyyən ölçüdədir, nə çoxdur, nə də azdır. Bu xüsusiyyətə misal olaraq onun Şəms surəsinin əvvəlki ayələrini oxumasında (məşhur “Kəhf və Şəms” qiraətində) görmək olar. Şəhhat bu dizaynları fikirləşib, onların üzərində işləyib və tədricən təkmilləşdirib.

O, sözün musiqisini bilirdi, ayələrin mənalarını bilirdi. O, qiraət üçün qatıldığı çoxsaylı məclislərdə mütləq həmin dizaynları sınayardı. Zaman keçdikcə qazandığı təcrübələrlə qiraətlərindəki sözlərin üzərinə melodiyaları dəqiq və hesabla qoyub, anında qalıcı qiraət yarada bilirdi.

Ustad Şəhhat Ənvərin qiraətində ustad Əbdül-Basitin qiraətindən qat-qat nizamlı bir ritm görürük. Əbdül-Basitin qiraətinin öz sabit nümunəsi olsa da, Şəhhatın qiraəti xüsusidir. Bir vaxtlar Şəhhatın qiraəti ölkədə keçirilən yarışların münsifləri üçün örnək oldu. Müsabiqə iştirakçıları Şəhhatın qiraətinə yaxın oxusalar, xal alırdılar. 3946890

captcha