IQNA

Quran tilavəti sənəti / 8

Mustafa İsmayılın üslubunda qiraət mühəndisliyi

19:02 - November 09, 2022
Xəbər sayı: 3493237
Mustafa İsmayılı Əkbərul-Qurra (ən böyük qiraətçi) adlandırırlar. Çünki o, qiraət mövzusunda və qiraət edənlərin üslubunda çoxlu təsirlər qoyub. Bu təsir o həddə çatmışdır ki, illər keçdikdən sonra onun qiraətləri və üslubu bir çox Quran sevərlərinin və qarilərinin diqqətini cəlb etmişdir.

Mustafa İsmayılla bağlı demək lazımdır ki, o, əl-Əzhər şeyxlərindən biri ilə iki Quran təfsiri kursu keçmişdir. Onun ayələrin təfsirinə olan hakimiyyətinin təsiri qiraətlərində aydın şəkildə görünür. Onun qiraətini məna yönümlü hesab etmək olmaz. Onun qiraətləri məna yönümlü olmaqdan üstündür. bu qiraətlərə təfsir qiraətləri deyilməlidir. Bu məşhur misirli qiraətçi Quranı təfsir edir və qiraətləri ilə dinləyiciləri təəccübləndirir.

Misirli tədqiqatçılardan biri öz kitabında Mustafa İsmayılın əlli iki min saat Quran oxuduğunu sübut etmişdir. Mustafa İsmayıl Quranın bəzi surələrini dəfələrlə oxumuşdur. Məsələn, o, yetmiş dəfə “Təhrim” surəsini oxumuşdur. Həmçinin diqqətəlayiqdir ki, bu qiraətlərin heç biri eyni deyil. Lakin bütün bu qiraətlərin ümumi ruhu eynidir.

Ona görə də Mustafa İsmayılın hər surəni oxumaq üçün özünəməxsus texnikası var idi. Baxmayaraq ki, bir çox misirli qiraətçilərin qiraəti klişedir. Onlardan əlli qiraət eşitsəniz, hamısı eyni modeldədir. Bu qarilərin çoxunu bir neçə qiraətini dinləməklə təhlil etmək olar. Amma Mustafa İsmayıl belə deyil.

Müəllim nə qədər yaşlıdırsa, bir o qədər yetkin olur. Mustafanın dualarından biri də o idi ki, Allahdan heç vaxt qiraəti ondan almamasını dilədi. Ömrünün son günündə "Kəhf" surəsini oxudu və sonra evə gələrək dünyasını dəyişdi. Yəni ömrünün son gününə qədər oxuyub.

Mustafa İsmayılın təxminən iyirmi yaşı olanda məclislərin birində Quran oxuyarkən Misirin ən böyük musiqiçilərindən olan Dərviş Həriri Mustafaya dedi: Bu melodiyanı necə öyrəndin? Cavabında Mustafa deyir: Eşitdiyim bütün mahnıları xatırlamağa çalışdım və üslubumu onlardan əldə etdim. Sonra Dərviş Həriri deyir: Heç bir bəstəkar kimisə bu cür tərbiyə edə bilməz. Əslində o, Mustafanın dahiliyini göstərmək istəyirdi.

Qeyd etməliyik ki, Mustafanın həyatının hər on ilinin özünəməxsus şəraiti olub. Ömrünün son onilliyi də qəribə bir dövrdür. Adam heyrətə gəlir ki, Mustafa yetmiş yaşında Əbul-Əla məscidində bir saat 56 dəqiqə "Hucurat" və "Qaf" surələrini necə oxuya bildi. Bu qiraət dünya Quran oxuma tarixində misilsiz şah əsərdir.

Bu, Quran qarisi və müəllimi Mahmud Əmininin çıxışından bir hissədir.

captcha