IQNA

Küveytdə Beytul-Həmd Quran Muzeyi açılıb

8:50 - March 06, 2024
Xəbər sayı: 3495575
İQNA - Küveytin ən mühüm Quran layihələrindən biri olan Beytül-Həmd Quran Muzeyi Vəqflər Nazirliyi və Quran və Sünnə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində açılıb.

"İQNA", "Əl-Nəbə"-yə istinadən xəbər verir ki, ölkənin ən mühüm Quran layihələrindən biri olan Beytül-Həmd Quran Muzeyi Vəqflər Nazirliyinin dəstəyi və Quran və Sünnə Dərnəyi ilə əməkdaşlıqla açılıb. Küveytdə milli bayramların və tədbirlərin əksəriyyəti fevral ayında keçirildiyindən, sözügedən muzeyin açılışı da bu ayda baş tutub.

Muzeyin açılış mərasimində Vəqflər Baş Katibliyinin prezidenti Nasser Əl-Həmd, Qurani-Kərim və Sünnə Dərnəyinin prezidenti Fəhd Əl Dihani və digər rəsmi şəxslər iştirak ediblər.

Əl Dihani Küveytin tarixi evlərinə uyğun dizayn edilən Beytül-Həmd Quran Muzeyinin ölkənin mədəni inkişafı baxımından əhəmiyyətinə diqqət çəkib.

Əl Dihani həmçinin vurğulayıb ki, muzeyin məqsədi bütün yaş qruplarını Quran öyrətməyə təşviq etmək və islami bilik və irsi yaymaq üçün mədəni fəaliyyətlər, konfranslar və seminarlar təşkil etməkdir.

Quran və Sünnə Assosiasiyasının prezidenti qeyd edib ki, muzey həmçinin Quran elmləri üzrə tədqiqatçıların akademik araşdırmalarına dəstək olmaq, əlyazmaların bərpası və qorunması üçün tarixi və arxeoloji tədqiqatları gücləndirmək məqsədi daşıyır.

Muzey rəsmiləri bu yaxınlarda alimləri və tələbələri muzeyi ziyarət etməyə dəvət ediblər.

4203227

captcha