IQNA

Beytül-Həmd sərgisində Küveytin Quran nailiyyətləri təqdim olunub

7:36 - February 17, 2024
Xəbər sayı: 3495476
İQNA – Küveyt Quran və Quran Elmləri Nəşrləri Baş İdarəsi Quranın nailiyyətlərini və Peyğəmbərin (s) sünnəsini tanıtmaq və ölkədə İslam dinini yaymaq məqsədilə “Beytül-Həmd” sərgisini təşkil edib.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, Küveytin Qurani-Kərimin Nəşriyyatı, Peyğəmbər Sünnəsi və Quran Elmləri Baş İdarəsinin rəisi Fəhd Əl Dihani fevralın 13-də açıqlama verib və bildirib ki, sözügedən sərginin məqsədi İslamın başlanğıcından müasir dövrə qədər Qurani-Kərimin tarixini göstərməkdən ibarətdir.

O, həmçinin bildirdi ki, sərgi bir tərəfdən Quranın əzbəri və yazısı sahəsində elmi və bədii araşdırmaları işıqlandırır, digər tərəfdən isə ölkənin aparıcı alimlərinin Vəhy kəlamı ilə bağlı əsərlərini və nailiyyətlərini ziyarətçilərə təqdim edir.

Əl-Dihani bildirib ki, sərgi bütün yaş qruplarında Quran öyrənilməsini təşviq etmək və İslam təlimlərinin inkişafına yönəlmiş mədəni fəaliyyətlərə, çıxışlara və seminarlara dəstək olmaq məqsədi daşıyır.

Bundan əlavə, o, Quran alimlərinin və tədqiqatçılarının icazəli əlyazmaların və köhnə kitabların qorunması üçün elmi və akademik araşdırmalarını dəstəklədiklərini və təşviq etdiklərini söylədi.

  Bu sərgi beş zaldan ibarətdir və bütün akademiklər, din xadimləri, alimlər, tələbələr və ekspertlər bura dəvət olunur.

4199846

captcha