IQNA

Ən yaxşı Quran müəssisəsi mükafatı Tənta Quran Fakültəsinə verildi

1:59 - December 04, 2023
Xəbər sayı: 3495077
QAHİRƏ (İQNA) - Misir Əl-Əzhər Universiteti Tənta Quran Fakültəsinin ən yaxşı Quran müəssisəsi mükafatını aldığını açıqlayıb.

"İQNA", "Əl-Əsbu" saytına istinadən xəbər verir ki, bu mükafatın on ikincisi Küveytin Vəqflər və Dini İşlər Nazirliyi tərəfindən Qurani-Kərimə xidmət və onun təlimlərini dünyaya yaymaq sahəsində ən yaxşı Qurani-Kərim qurumuna verilir.

Əl-Əzhər Universiteti bir mesaj dərc edərək bu mükafatı qazanan Tənta Quran fakültəsinin rəsmilərini təbrik edib.

Mükafat Küveytin baş nazirinin iştirakı ilə və möhtəşəm mərasimlə verilib.

Küveytin Vəqflər Nazirliyi son illərdə milli və beynəlxalq yarışların təşkili, Quran hifzi və təhsili də daxil olmaqla, bütün dünyada Quran fəaliyyətini artırıb.

4185324

captcha