IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 58

Hər kəs öz günah yükünü daşıyır

10:24 - December 02, 2023
Xəbər sayı: 3495067
TEHRAN (İQNA) - Hər kəs etdiyi əməllərə görə cavabdehdir. Uca Allah ədalətlidir. Bir insanın günah yükünü başqasının üzərinə qoymaz. Axirətdə hər kəs öz əməlinə görə cavabdeh olacaq, bir zərrə qədər yaxşılıq etmişsə, mükafatını alacaq, zərrə qədər də pislik etmişsə, cəzasını da alacaq. İslam məsuliyyət və cəzanın fərdiliyi prinsipini tətbiq etmişdir.

 “Ənam” surəsinin 164-cü ayəsi: “De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtarım? Hər kəsin əməlinin nəticəsi özünə aiddir. Heç bir cinayətkar başqasının günahını daşımır. Nəhayət, sənin dönüşün Rəbbinədir və O, barəsində ixtilaf etdiyiniz həqiqəti sizə xəbər verəcəkdir”.

Bu, Peyğəmbərin (s) kafirlərə heyrətlə ünvanladığı bir sualdır: Siz məndən padşahların padşahı və məxluqatın rəbbi olan Allahı tərk etməyimi və Ondan başqa min ağanın qulu olan bir varlığı qəbul etməyi gözləyirsiniz. Sabitliyi və daimiliyi olmayan bir Rəbbimi seçim?

Allah Rəsulu belə sözünə belə davam edir: "Ey insanlar, siz Rəbbinizə tərəf gedən müsafirlərsiniz, Ona çatana qədər yolunuza davam edin, sonra O sizə dinlə bağlı bütün ixtilaflarınızın, müharibələrinizin mənasız bir səy olduğunu xəbər verəcəkdir. Dünyanın yaradılışında Allahın əmrləri olan mərhəmət, ədalət, yaxşılıq və s. kimi dinin mahiyyətini tərk edərək bir-birinizin canına düşdünüz. Şeytandan başqa heç kimə fayda verməyən fitnə və düşmənçiliklə məşğulsunuz".

Quranı oxuyub ona əməl etmək əvəzinə Quranın hadis və qədim olmasını müzakirə etdiniz. Allah Rəsulu (s) ilə meraca getmək əvəzinə maddi və ya mənəvi məsələlərdən danışdınız. Bir-birinizi dinləmək əvəzinə, bir-birinizin boğazını sıxdınız. Dünya məscidində bir-birinizə xidmət etmək və ehtiyaclarını ödəmək əvəzinə, səcdə edib Allaha həmd etmək əvəzinə firqələrə ayrıldınız.

Bu, Ustad Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4124480

captcha