IQNA

Ailə və qadın Quran baxımından / 17

Peyğəmbər (s) cəmiyyətində qadınların sosial varlığının təkamülü

8:59 - September 11, 2023
Xəbər sayı: 3494721
TEHRAN (IQNA) – Peyğəmbər (s) öz dövrünün cəmiyyətində islahatlar apardı ki, bu da əvvəlki dövrlə müqayisədə əsaslı və təəccüblü dəyişiklik idi. Bu dəyişikliklərdən biri də qadınların cəmiyyətdəki hüquqları və statusu ilə bağlıdır.

Şübhəsiz ki, cahiliyyət dövrü (ərəb xalqının İslamdan əvvəlki təfəkkür tərzi) müxtəlif dəlillərdən meydana gələn bir sıra xüsusi davranış və xüsusiyyətlərə malikdir. Onun ən mühüm dəlillərdən biri də həmin bölgənin yəni ərəb yarımadasının coğrafiyasından qaynaqlana bilər. Həmin bölgənin tayfa təəssübkeşliklərinə əsaslanan məxsus həyat tələb edən xüsusi iqlimi var. Çünki onların sağ qalması bu qəbilə xüsusiyyətlərinin mənimsənilməsini tələb edirdi. Bu vəziyyətdə qəbilənin nəslinə, qanına və ailəsinə təssübkeşlik kimi xüsusiyyətləri vardır. Bu da insanları insan üslubundan və qaydalarından kənar sayılan davranışlara məcbur edir.

Cahil ərəb cəmiyyətində qadının rolu olsa belə, bir az diqqətsizliklə onu ikinci rol hesab etmək olar. Onun kişi kimi ləyaqəti yoxdur. Belə bir baxış olduqda, təbii olaraq qadınların davranış tərzi, qanunları və ehtiyaclarına cavab olaraq fərqlilik olacaq və olmuşdur.

Lakin ümumilikdə demək olar ki, insan üçün həyatın ilk əlaməti bu dünyada var olub yaşamaqdır. Bu haqq o cəmiyyətin bir qrup qızından alınıb və bu, son ədalətsizlik və zorakılıqdır. Əlbəttə ki, bu, ümumi adət olmasa da, bir sıra ərəb qəbilələri arasında mövcud olmuşdur.

Bu kontekstdə etnik və qəbilə qərəzləri, qızların əsir düşməsi və ya başqa qəbilələrə ərə verilməsi və onların qanını başqalarının qanına qarışdırmaq qorxusu kimi müzakirələr aparılıb. Əlbəttə ki, bu qızları alıb böyüdən və bununla da qızları xilas edənlər də olub. Ona görə də qızları diri-diri basdırmaq bütün tayfaları əhatə etmirdi.

Ərəb cahil cəmiyyətində ümumiyyətlə mövcud olan zorakılıq nümunələri arasında məcburi evliliklər, iqtisadi müstəqilliyin olmaması, vərəsəliyin olmaması, qızın atasına məxsus cehiz, cismani cəza və hətta ərəb şairlərinin bəzi şeirlərində cəza ilə öyünmə, çoxarvadlılığı, qadınlar arasında ədalətin olmaması və qadınların tərk edilməsini göstərmək olar. Bu vəziyyətdə başqa bir şəxslə evlənmək üçün nə onu boşayacaq və nə də onu  himayə edəcəkdilər.

Qadınların ictimai varlığının statusu ilə bağlı bəziləri hesab edir ki, səhralarda qadınlar daha azad, şəhərlərdə isə qadınlar daha çox örtülü və məhdudlaşdırılmışdılar. Ərəb qadınları üçün ana olmaq da bir növ şərəf sayılırdı. Əlbəttə ki, oğullarının sayı çox olsaydı, Ümmül-Bənin olardılar və bu, onlar üçün daha şərəfli idi.

Həzrət Məhəmmədin (s) peyğəmbərlik dövrü qadınlara münasibətin dəyişməsi dövrüdür. Allah ayələri nazil edərək qadın və kişinin bərabər yaradıldığını vurğulayır. Bu ayələrdən biri "Hücürat" surəsinin 13-cü ayəsidir. Bu ayədə minlərlə məqam və rəftar dəyişikliyi tapa bilərsiniz. Çünki cəmiyyətin qadına münasibəti birdən-birə dəyişib və qadınlar insan olub kişilərlə yanaşı qoyulub bərabərlik və dəyər qazanıblar.

Qızların həyatına son qoyan bəzi ərəb qruplarını Allah elə danlayır ki, artıq belə bir şey qalmayıb. Qadınların vərəsəliyi dəyişdi, vərəsəlik qanunu quruldu. Bütün bu hallar Quran ayələrinə uyğundur. Qadınların qanuni olaraq müəyyən davranışlar göstərmələrinə imkan verən şərtləri vardır.

Peyğəmbərin cəhalətlə mübarizə üsulunun bir hissəsi fikir və əməlləri islah etmək, bir hissəsi isə onu tamamilə kəsib aradan aparmaqdır. Məsələn, birinci hissədə çoxarvadlılığı məhdudlaşdırırlar. Zina kimi bəzi davranışları tədricən dəyişdirirlər. Lakin digər hallarda, məsələn, şirk, bütpərəstlik və ya qadın öldürmək kimi, günahlar birdən kəsilib aradan qaldırılmış olmalıdır.

* Bu, Nida Qulicani Müqəddəmin "Cəhalətdən Peyğəmbər (s) cəmiyyətinə qədər Qadınların ictimai varlığındakı dəyişikliklərin seyri" toplantısındakı sözlərindən bir hissədir.

3952101

captcha