IQNA

Quranda əxlaqi mövzular / 11

Həqiqətləri dəyişən adət

21:59 - June 28, 2023
Xəbər sayı: 3494392
TEHRAN (IQNA) – Hər hansı bir əxlaqi əməl növünü bir adət olaraq görmək olar ki, aldadıcı eynək kimi onun düzgünlüyü və ya qeyri-düzgünlüyü insanı həqiqətə yaxınlaşdırır və ya uzaqlaşdırır. Məğrurluq əxlaqi çirkinliklərdən biridir ki, insanı həqiqətdən saxlayır və onu dünya və axirətin xarlıq və zəlilliyinə doğru çəkir.

Quranda pislənilən əxlaqi əməllərdən biri məğrurluqdur. Məğrurluq lüğətdə yəni hər bir şey ki, insanı adadır və qəflətə salır. İstər mal və məqam olsun, istərsə də şəhvət və şeytan olsun. Məğrurluğu yaradılışa təsir edən ilk əxlaqi pislik olaraq görülə bilər. İblis ilk şəxs idi ki, Adəmə səcdə etmək ona əmr olunduqda bu əmrə qarşı gəldi. Onun səbəbini də öz cinsinin (od) Adəmin (ə) cinsindən (torpaq) üstün olduğunu bildirdi. ilə itaət etməsi üçün ilk şəxs idi. "Şeytan dedi: Mən ondan daha üstünəm. Məni oddan, onu isə torpaqdan yaratmısan!" (Əraf, 12).

Məğrurluq günahından ilk zərər görən şəxs, yalnız həzrət Adəm (ə) və Həvva deyildi. Necə ki, biz Quranda digər qövmləri də görürük ki, bu günah vasitəsi ilə həlak olublar. Həzrət Nuhun (ə) xalqı bu xalqlardan biri idi: "(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a. ) sənə uyduğunu görürük. Və sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!" (Hud, 27).

Adətən, insanlar ağıllarına əsasən, mümkün zərərlərdən qaçırlar. Amma bu məğrur insanlar Nuhun (ə) möcüzələrində haqq olmağın təsirini görsələr də, ilahi cəza ehtimalı çox güclü olsa da ona etina etmirdilər. Hətta həzrət Nuhu (ə) təşviq edirdilər ki, əzab gəlməsini istəsin!

Allah Quranda məğrur insanların aqibətini bəyan edir ki, onlar bu əxlaqi günahdan uzaqlaşsınlar: "Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız, siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!" (Hədid, 14).

Biri məğrurluğu ilə aldandıqda, yadına salmalıdır ki, məqamının digərlərindən üstün olmasına səbəb olan fəxr etdiyi sifətlərin hər birinə Allah qeyri-məhdud bir formada sahibdir. Beləliklə, məğrur olmağın və özünü digərlərindən üstün görməyin yeri yoxdur.

captcha