IQNA

Malayziya: "Danimarka Quranı təhqir etməyi söz azadlığı kimi qələmə verməməlidir"

19:41 - April 03, 2023
Xəbər sayı: 3493953
Malayziyanın Xarici İşlər Nazirliyi Danimarka hökumətindən Qurana hörmətsizliyi söz azadlığı kimi qələmə verməməsini istəyib.

"İQNA", “Əl-İttihad” xəbər saytına istinadən xəbər verir ki, Malayziyanın Xarici İşlər Nazirliyi 31 mart cümə günü Danimarkada Quranın təhqir edilməsini kəskin şəkildə pisləyib və bəyan edib: "Ramazan ayında Qurana qarşı törədilən bu cinayət dünya müsəlmanlarının həssaslığına açıq-aşkar etinasızlıqdır".

Martın 24-də oxşar hücumun baş verdiyini qeyd edən Malayziya Xarici İşlər Nazirliyi Danimarka hökumətindən bu dəhşətli cinayəti ifadə azadlığı kimi qələmə verməməsini, nifrət ifadəsi və zorakılığa təhrik edənlərə qarşı təcili tədbirlər görməsini istəyib.

4130954

captcha