IQNA

Quran nə deyir? / 42

Quranın ən uzun ayəsi nədən bəhs edir?

19:18 - December 25, 2022
Xəbər sayı: 3493467
Quranın ən uzun ayəsi hüquqi məsələlərdən və ticarət sənədlərinin necə tənzimlənməsindən bəhs edir. Ən dəqiq hüquqi məsələləri irəli sürmüş bu ayə İslamın dəqiqliyinə və əhatəliliyinə işarədir.

 "Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!" (Bəqərə, 282).

Quranın ən böyük ayəsi hüquqi məsələlərdən və ticarət sənədlərinin necə təşkil edilməsindən bəhs edən bu ayədir. Bu ayənin məzmunu aydındır və çox izaha ehtiyac yoxdur. Tarixçilərin fikrincə, bütün Ərəbistan yarımadasında 17-dən çox savadlı adamın olmadığı bir vaxtda yazı haqqında bütün bu söhbətlər İslamın elmə olan diqqətindən, hüquqların qorunmasından xəbər verir.

Bu ayə cahiliyyət dövründə və geridə qalmış insanlar arasında ən dəqiq hüquqi məsələləri irəli sürmüş İslamın dəqiqliyinə və əhatəliliyinə işarədir.

Bu ayə İslam cəmiyyətinin hüquqların qorunmasında bir-birinə dəstək verməsi üçün istifadə edilmişdir. Çünki hər bir alverdə bir katib və bir neçə şahid lazımdır.

Bu ayənin "Nur" Təfsirindsəki bəzi mesajları

1- Borcun müddəti aydın olmalıdır.

2-Tərəflərin bir-birinə olan inam və nikbinliyini və qəlb rahatlığını qorumaq, unutmaq, inkar etmək və sui-zənnin qarşısını almaq üçün borclar yazılmalıdır.

3- Müqaviləni tərəflərin mümkün müdaxiləsindən qorumaq və xatircəmlik üçün sənəd tərəflərin iştirakı ilə və üçüncü şəxs tərəfindən yazılmalıdır.

4- Sənədi yazanın seçilməsinin şərti qələmdə ədalətin olmasıdır.

5-Hər sənət və peşə əhlinin xüsusi məsuliyyəti var. Kimin qələmi varsa xalq üçün yazsın.

6- Boynunda haqq olan borclu, müqavilənin mətnini deməli və sənədi yazan onu yazmalıdır. Borc verənin tələb etdiyi şeyi yazmamalıdır.

7- Müqaviləni yazarkən borclu Allahı düşünməli və heç bir şeyi gözdən qaçırmamalıdır. Borcun bütün xüsusiyyətlərini söyləməlidir.

8- Hakimlər və məsulların imkansız və zəiflərin haqqına diqqət etməsi lazımdır.

9- Şahidlik və şəhadət verməkdə kişilər qadınlardan öndədirlər.

10- Şahidlər ədalətli olmalı, tərəflərin razı olduğu və güvəndiyi şəxs olmalıdır.

11- Müqavilənin məbləği önəmli deyil, güvəni və haqqı qorumaq mühümdür.

12- Sənədin düzgün və ədalətli şəkildə qeydiyyata alınmasının üç faydası var:

A: O, ədalətin təminatçısıdır. «أَقْسَطُ»

B: Bu, şahidlərin ifadə verməyə cəsarət etməsinə səbəb olur. «أَقْوَمُ»

C: Cəmiyyətdə bədbinliyin qarşısını alır. «أَدْنى‌ أَلَّا تَرْتابُوا»

13- Yazıçı və şahidin sənədi tərəflərdən birinə zərər verəcək şəkildə tənzimləmək hüququ yoxdur.

14- Yazıçı və şahid xalqın haqqının sərhəd mühafizəçiləridir və sərhədləri sındırmaq sərhədi tərk etmək və həddi aşmaq kimidir.

Oxşar xəbərlər
captcha