"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, bu mərasim Qəzza zolağında Şəhid Əl-Bətəş ailəsindən olan 44 şəhidin xatirəsinin anılması münasibətilə keçirilib. 2014-cü ildə sionist rejimin təcavüzü zamanı onlar bu ərazidə mühasirəyə alınıb və sonra şəhid olublar.
Bu mərasimdə əl-Bətəş ailəsinin eyni qolundan olan Quran hafizlərinə maliyyə mükafatları verilib. Onlardan biri Əfnan Əl-Bətəş püşkatma yolu ilə Ümrə ziyarəti mükafatını alıb.
Bu mərasimdə Qəzzanın Darül-Quran rəhbəri və bir sıra fələstinli qrup və şəxsiyyətlərin nümayəndələri iştirak ediblər.
4095085