IQNA

Bir yəmənli Küveytdə Beynəlxalq Quran hifzi müsabiqəsini qazanıb

10:17 - October 20, 2022
Xəbər sayı: 3493114
Yəmənli iştirakçı Küveytdə keçirilən Quran hifzi yarışlarında birinci yeri qazanıb.

"İQNA", "Əl-Məşahid net"-ə istinadən xəbər verir ki, Əl-Hafiz Əbu Bəkr Əli Əhməd Əl -zabi, qatıldığı müsabiqələr haqqında, bunları söylədi: "Qurani-Kərim müsabiqəsi 70-dən çox ölkəni təmsil edən 175-dən çox iştirakçısı olan dünya yarışması idi".

O qeyd edib ki, Quranı on qiraətlə hifz üzrə müsabiqə çox çətin idi və buna görə də 20 nəfərdən az yarışa bildi.

Bu ilin oktyabr ayında Türkiyənin ev sahibliyi etdiyi oxşar yarışlarda və 50-dən çox ölkənin 66 iştirakçısının iştirakı ilə müsabiqə keçirilib. Bu müsabiqədə İbrahim Əhməd Əl-Cəndi adlı bir yəmənli iştirakçı birinci yeri qazanıb.

4093097

captcha