IQNA

Qədr gecəsi, bir insan ömrü qədərində bir fürsətdir

18:35 - April 23, 2022
Xəbər sayı: 3492119
"Qədr gecəsi min aydan daha üstündür". (Qədr surəsi, ayə 3). Bu, Quranda açıq şəkildə qeyd olunan bir ayədir. Bir gecə isə min ay qədərində dəyər tapmışdır. Bəs nə üçün Qədr gecəsi bu qədər dəyərlidir və nə üçün min ay qədərində dəyər tapmışdır?

Ramazan ayı Allahın qonaqlıq ayıdır və bu ayın qəlbi Qədr gecəsidir. İlahi rəhmət və günahların bağışlandığı gecədir. Quran tilavəti, namaz qılmaq və Allaha dua etməklə Allahla əlaqəni dərinləşdirməyin tövsiyə edildiyi möhtəşəm gecədir.

Qədr gecəsində edilən ən mühüm tövsiyə səhərə qədər oyaq qalmaqdır. Peyğəmbər (s) Ramazan ayının üçüncü ongünlüyündə yatağını yığışdırırdı. Etikaf saxlamaq üçün məscidə gedirdi. Mədinə məscidinin damı yox idi. Bununla belə, o həzrət yağış yağanda belə, məsciddən çıxmırdı. O, bütün gecələri oyaq idi.

Din böyükləri bu gecədə bir ilin hadisələrinin ölçüsü və növünün müəyyən edildiyini bildiriblər. Yəni insanların həyatı, ölümü, ruzisi, xoşbəxtliyi və bədbəxtliyi kimi məsələləri Allah müəyyən edir. (Əl-Mizan Təfsiri). İnsanın əməlləri də bu müəyyən edilmə və təqdirdə təsirli olur.

İslam mənbələrində dünya işlərinin səmavi cəhətləri və təqdir edilməsinin mənası açıqlanmışdır. Amma Qədr gecəsində tövsiyə edilən ayin və əməllər toplusu Allah yad edilməsinin qəlblərdə dirilməsinə yönəlib.

Tövbə və günahların bağışlanmasını ifadə etmək və gələcək üçün böyük qərarlar bütün bu ibadətlərdə qeyd olunan mövzulardır. Bu, xüsusilə "İftitah" və "Əbu Həmzə Somali" kimi məşhur dualarda təzahür etmişdir.

Əgər bu gecəyə ünvan vermək istəsək, deməliyik ki, qədr gecəsi insanın Allaha üz tutduğu gecədir. Həzrət Peyğəmbər (s) buyurub: "İnsan əməllərinin [qiyməti] niyyətlərindən asılıdır". Qədr gecəsi də insanın niyyətlərinə təsir etmək məqsədi daşıyır.

Müsəlmanların bir çox hərəkətləri digər insanların əməllərinə bənzəyir. Amma İslam şəriətində bunun mükafatı var. Ramazan ayında yemək, içmək, işləmək, elm öyrənmək, yoxsullara kömək etmək və s... hətta möminlərin yatıb nəfəs almasının da savabı var. Niyə? Çünki bunlar, Allaha diqqət, Allaha yaxınlaşmaq və ilahi sifətlərə yiyələnmək niyyəti ilə edilir. İnsan niyyətinin xalis olması Qədr gecəsində asanlaşan böyük bir qərar verməyə bağlıdır.

Bu ayə, məhz bu baxışla başa düşülür: "Qədr gecəsi min aydan daha üstündür". (Qədr surəsi, ayə 3). Min ay təqribən 83 ildir ki, bu, yəqin ki, insanın orta ömrünə aiddir. Yəni, insan bir ömür boyu çalışmaqla əldə edə biləcəyi nailiyyətləri bir gecədə əldə edə bilər. Bu nailiyyət xalis ilahi niyyətdir ki, keçmiş günahları bağışlamaqla yanaşı, insanın gələcək davranışlarını istiqamətləndirir və onu saleh insanlar sırasında yerləşdirir.

captcha