IQNA

Tövbəsiz günahların insan qəlbinə təsiri

21:16 - April 09, 2022
Xəbər sayı: 3492034
Heç birimiz günahsız deyilik. Tez-tez olur ki, biz səhv edirik və büdrəyirik. Biz bu günahlardan tövbə edirik və Allah bağışlayır. Çünki O, rəhmlilərin ən Rəhmlisidir. Amma problem ondadır ki, insan tövbə etməkdən qafil olur. Günahın pis təsirlərinə məhəl qoymamaqla, günah onun qəlbini bürüyür və onu cəhənnəm əhli edir.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 8-ci hissəsində Bəqərə surəsinin 81-ci ayəsinə əsasən, günahların qəlb və insan varlığı üzərində hökmranlığının təhlükəsini izah etmişdir.

Bu ayədə oxuyuruq: "Bəli, kim pis iş görsə və günahı onun bütün vücudunu əhatə etsə, belə şəxslərcəhnnəm əhlidirlər və orada həmişəlik qalacaqlar."

Bu ayədə qeyd olunub ki, günah insana hakim olduğu zaman çox ciddi və həssas bir məfhumla qarşılaşırıq. Çünki heç birimiz günahsız deyilik. Tez-tez olur ki, biz səhv edirik və büdrəyirik. Biz bu günahlardan tövbə edirik və Allah bağışlayır. Çünki O, rəhmlilərin ən Rəhmlisidir. Qəlbimizi təmizləyir, nəfsimizi cilalayır və bizdən tövbələri qəbul edir. Ona görə də hər bir halda həmişə tövbə etməliyik. Çünki günah və xətalar bizim başımıza gəlir və yalnız Allah və məsumların günahı və xətası yoxdur.

Amma məsələ burasındadır ki, insan bu günahlardan qəflət edir və özünü cahilliyə vurur. Nəticədə günahlar da onun qəlbini bürüyür. Beləliklə, insan qəlbi günah və xəta ilə dolu bir qəlbə çevrilir və pis rəftar ona qalib gəlir. Bu zaman bu qəlbin sahibi cəhənnəm əhli olur.

Bu xüsusiyyət çox qorxuludur. Günahın qəlbimizə təsirini görməzlikdən gəlməkdən Allaha sığınırıq.

Bu ayə bizə xəbərdarlıq edir ki, günahların qəlbiizə hakim olmasına icazə verməyək. Çünki insana ümid yeri qalmır. İnsan bir günahla cəhənnəm əhli olmur. Amma tövbə etməkdən qəflət etdiyi və günahda israr etdiyi zaman o günah onun qəlbinə hakim olur və onu cəhənnəm əhli edir.

Bu vəziyyətdən Allaha sığınır və Ondan əbədi tövbə və doğru yola qayıtmaqda müvəffəqiyyət diləyirik.

4042832

captcha