IQNA

Qurani-Kərimdə qadınların hüquq və məsuliyyətləri

18:39 - June 01, 2018
Xəbər sayı: 3483252
İİR-nın paytaxtı Tehranın 26-cı beynəlxalq Qurani-Kərim sərgisinin konfrans zalında iranlı və xarici elm adamlarının iştirakı ilə "Qurani-Kərimdə qadının məqamı" adlı toplantı keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranın 26-cı beynəlxalq Qurani-Kərim sərgisinin konfrans zalında iranlı və xarici elm adamlarının iştirakı ilə "Qurani-Kərimdə qadının məqamı" adlı toplantı keçirildi.

Dünən, həftənin Cüməaxşamı günü, 31 May 2018-ci il, Tehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda daxili və xarici alimlərin və araşdırmaçıların iştirakı keçirilən bu elmi toplantının əsas mövzusu "Quran və qadın" olub.

Konfransa vebinar qoşulan Livanlı alim və "Seyyidətul-Nisail-Aləmin (s) fondu"nun üzvü Əməl Qəttan Qurani-Kərimdə qadının məqamı barədə danışarkən Peyğəmbərin (s) məşhur "cənnət anaların ayaqları altındadır" hədisini də şərh edərək qadının ictimai məsuliyyətlərinin ağırlığına da işarə etdi. O dedi: Analar sağlam övladlar tərbiyə etməklə qüdrətli və sağlam cəmiyyət yaradırlar. Buna görə də Qurani-Kərim müxtəlif yerlərdə ananın və qadının bir çox ictimai məsuliyyətindən danışır və qadının ailə və cəmiyyətdəki ülvü məqamını vurğulayır.

Konfransın davamında Tehranın "Şahid universiteti"nin elmi heyətinin üzvü və İslam elmləri üzrə araşdırmaçı din alimi xanım Dr. Lalə İftixari "Qurani-Kərimdə qadının hüquqları və məsuliyyətləri" barədə danışdı.

O dedi: Hüquq bir sıra "olmalı"lardır ki, hər bir fərd ondan faydalanır. Amma məsuliyyət o şeydir ki, insan onun qarşısında cavabdehdir. Müqəddəs şəriət qadına hüquq verdiyi kimi bir sıra məsuliyyətləri də onun öhdəsinə qoymuşdur. Qurani-Kərim qadına fərdi, ictimai və ailəvi hüquqlar vermişdir və bu hüquqlara görə qadının məsuliyyətləri də vardır ki, onların qarşısında cavabdeh olmalıdır.

Dr. Lalə İftixari əlavə etdi: Qurani-Kərim baxımından (Zümər/39) qadın və kişi yaradılış və nəsil artımı baxımından bərabərdirlər. Həmçinin İslamda kişi və qadın iqtisadi qazanc baxımından da bərabərdirlər. Və qadının müstəqil iqtisadi hüquqları vardır.

O əlavə etdi: Qurani-Kərimin buyurduğuna görə, ailə həyatı mənəvi və psixoloji sakitliyin əldə edilməsi üçündür və qadın kişinin cinsi ehtiyaclarını təmin etmək üçün yaradılmayıb, əslində həm qadın və həm də kişi bu müştərək həyata ehtiyaclıdır.   

İftixari vurğuladı: İslam qadın və kişiyə namaz, oruc, xüms, zəkat kimi bir çox ibadi məsələlərdə və həmçinin öz taleyini təyin etmək, elm öyrənmək, savab qazanmaq və dərrakə kimi nemətlərdə də bərabərlik vermişdir.       

http://iqna.ir/fa/news/3719472

captcha