Martin Klamroth 1855-ci ildə Almaniyanın Polşa ilə sərhəddində yerləşən Fidişo kəndində anadan olub. O,Qurani-Kərimin 50 surəsini Alman dilinə mənzum formatda və şer dili ilə tərcümə etmişdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Martin Klamroth 1855-ci ildə Almaniyanın Polşa ilə sərhəddində yerləşən Fidişo kəndində anadan olub.
Tubingen, Gutingen və Strazburq universitetlərində şərqşünaslıq və xristianlıq İlahiyyatı üzrə təhsil alan və 1877-ci ildə doktorluq dərəcəsinə yüksələn Almaniyalı şərqşünas və İlahiyyatçı Martin Klamroth Qurani-Kərimin 50 surəsini Alman dilinə mənzum formatda və şer dili ilə tərcümə etmişdir.
Almaniyalı şərqşünas və İlahiyyatçı Martin Klamroth İlahiyyatdan əlavə fəlsəfə ilə də məşğul olurdu. Onun orta şəqr ölkələri və müsəlmanların orta əsirlərdəki tarixi inkişafı barədə əsərləri vardır.
“İslam, cahiliyyət, müasir dövr və Quran” adlı kitabın müəllifi olan Martin Klamroth uzun müddət qərb xristianlığının məşhur məzhəbi olan “luterliy”in təbliğçisi olmuşdur. O, şərqi Afrikanın Darus-Salam şəhərində on il yaşamışdır və həmin müddətdə Qurani-Kərimin 50 surəsini tərcümə etmişdir. Həmin tərcümə Hamburq şəhərində çap və nəşr edilmişdir.