IQNA

Polad Bülbüloğlu:

"İslamı "şeytan" simasında göstərmək istəyirlər"

9:47 - November 03, 2015
Xəbər sayı: 3438902
Tehran(İQNA) - Polad Bülbüloğlu Moskvada keçirilən forumda islam dəyərlərindən danışıb.

“Terrorçuluğun inkişaf etdiyi bir dövrdə "İslam"ı şeytan simasında göstərmək cəhdləri var. Halbuki terrorçuluq və ekstremizmin İslamla heç bir əlaqəsi yoxdur."
 

Bu sözləri Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Polad Bülbüloğlu bildirib ki, biz bu gün İslam dininin süni olaraq terrorçuluqla və ekstremizmlə eyniləşdirildiyi müşahidə edilir.
 

“Biz hamımız bilirik ki, İslam — dünyanın ən gənc, işıqlı və sülhə çağıran dindir. Müasir dünyada insanlar öz ənənələrini unutmamalıdırlar. Çünki bu ənənələr üzərində insanlar sivilizasiyalar qurublar",-deyə diplomat bildirib.
 

Diplomatın sözlərinə görə, insanlar müasir dünya şərtləri çərçivəsində öz ənənəvi dəyərlərini, bəşər sivilizasiyasının minilliklər boyunca söykəndiyi ailə dəyərlərini unutmamalı və onları qorumalıdır. “Əlbəttə, gənclər də bu problem və çağırışlarla üzləşəcəklər. Ona görə də dünyada baş verən kataklizmlərin basqısı altında əzilmək istəməyən xalqlar və ölkələr gənclərin formalaşmasına lazımi qədər diqqət yetirməlidir”- deyə P.Bülbüloğlu əlavə edib.
 

Bundan əvvəldə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə terrorçuluğun dünya dinlərinin adını ləkələdiyini deyib. “Qafqaz Müsəlmanları İdarəsi Suriyada İŞİD terror qruplaşmasına qarşı Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyir və əməliyyatların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid edir. Bu gün dini fanatizmin və ekstremizmin müəyyən vasitələrlə yayılmasının qarşısını almaq çox əhəmiyyətlidir. Bizim sabitliyimizi hədələyən terrorçularla bağlı müəyyən addımların atılması vacibdir”.
 

İslamazeri.az

captcha