İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippin azyaşlı qız xanım Əmira Nərgizin səkkiz yaşı var. O, 2011-ci ilin Aprel ayında Miguelito Florentino və Vilhermina J Alinin ailəsində dünyaya göz açıb.
Filippinin "Kotabato" şəhərində yaşayan Əmiranın bir 3 yaşlı bacısı da var. Əmira Master Hand məktəbinin 3-cü sinifində oxuyur.
Ailəsinin böyük uşağı olan bu qız Qurani-Kərimin bir neçə surəsini əzbərdən bilir və Quran ayələrini şirin səslə gözəl tilavət edir.
O, həftənin Cüməaxşamı günləri böyük nənəsi Cuzfina Momina Əli ilə İran İslam Respublikasının Manildəki "Darul-Quran" idarəsinin təşkil etdiyi Quran dərslərinə gedir və burada Quran surələrini əzbərləyir.
http://iqna.ir/fa/news/3834946