IQNA

Beynəlxalq Quran sərgisi, İslam ölkələri arasında bədii və Quran sahəsində qarşılıqlı əlaqə üçün bir fürsətdir

13:36 - March 26, 2024
Xəbər sayı: 3495693
İQNA – Höccətül-islam və müslimin Hüseyni Nişaburi sərginin beynəlxalq bölməsində 26 müxtəlif ölkədən rəssam və qonaqların iştirakını İslam ölkələri arasında bədii və Quran əsasında qarşılıqlı əlaqə və sinerji üçün çox münasib fürsət kimi qiymətləndirib.

"İQNA"-nın verdiyi məlumata görə, 31-ci Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq şöbəsinin müdiri Höccətül-İslam vəl-müslimin Seyid Mustafa Hüseyni Nişaburi "İQNA" ilə söhbətində bu sərginin beynəlxalq bölməsində olduğuna işarə edərək deyib ki, biz 26 müxtəlif ölkənin iştirak etməsinin şahidi oluruq. O, ölkələrin sənət adamlarının və mütəfəkkirlərinin iştirakını ikitərəfli bir zərurət kimi qiymətləndirdi və dedi: "Bu iştirakın ardınca digər ölkələr İranın İslam mesajını ifadə etmək üçün istifadə etdiyi bədii imkanları ilə tanış olurlar. İran da digər İslam ölkələrinin Quran və dini sənət sahəsindəki imkanları ilə tanış olacaq və bu yolla İslam ölkələri ilə İran arasında müsbət qarşılıqlı əlaqə formalaşacaq".

O əlavə etdi: "Çap və nəşr, təfsir, zərgərlik və xəttatlıq sənətlər sahəsində bir-birimizin qabiliyyətlərini tanıyırıq və sinerji meydana gəlir. Digər tərəfdən, İranla müxtəlif ölkələr arasında əməkdaşlıq üçün anlaşma memorandumları da bağlanır. Məsələn, Quran əzbəri sahəsində Pakistanın bir çox imkanları var və biz Pakistanın Quran hafizlərinin hazırlanmasında uğurlu təcrübəsindən öyrənə bilərik. Digər tərəfdən, İran və ya Səudiyyə Ərəbistanının təfsir və ya Quran proqram təminatı sahəsində uğurlu təcrübələri var. Qurani-Kərimin tilavəti sahəsində Misir bir çox qabiliyyət və imkanları həyata keçirib və biz bu təcrübədən yararlana bilərik".

Türkiyə xəttatlıq və Quran yazısı sahəsində çox yaxşı işlər görüb, İran da zərgərlik sahəsində çox gözəl işlər görüb. Ona görə də bu sərgi müxtəlif ölkələr və bu ölkələrin sənətkarları arasında sinerji və əməkdaşlıq imkanı yaradıb və bu əməkdaşlıqlar sərgidən sonra da davam edə bilər.

31-ci Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsinin müdiri bəyan edib: "Fələstin məsələsini ifadə etmək və bu bölmədə sərginin imkanlarından istifadə etmək üçün “Quranda müqavimət” tədbirini təşkil etdik. Bu tədbir çərçivəsində sərgidə iştirak edən xəttatlar maraqlanan ziyarətçilərlə birlikdə hər gecə Qurani-Kərimdə müqavimət ayələri yazır, çünki müqavimət anlayışı təkcə siyasi və hərbi məfhum deyil, həm də Quran məfhumudur. Dini və Quranı olan heç bir kəs Qurani-Kərimdəki bu müqavimət ayələrini görməzlikdən gələ bilməz.

Digər tərəfdən, hər gecə tanınmış yerli və beynəlxalq simaların iştirakı ilə Fələstinlə bağlı görüşlər keçirilir.

O, sərgidə iştirak etmək üçün sənətkarların seçilmə yolu haqqında dedi: "İranın başqa ölkələrdəki səfirləri və mədəniyyət müşavirləri ilə geniş məsləhətləşmələr apardıq və onlardan Quran sənətçilərini bizə tanıtmalarını istədik və onlar hər birindən on qurum və ya şəxsi seçdilər. Onlar bizi tanıtdılar və biz bu insanları və qurumları araşdırdıq, onların arasından bu sərgidə iştirak etmək üçün sənətkarlar seçdik və onlar bu sərgidə çıxış etdilər".

Hüseyni Nişaburi həmçinin deyib: "Sərginin beynəlxalq bölməsində üç növ görüşümüz var: Birinci növ normal görüşlər, ikinci növ islami kimlik mövzusunda məzmunlu görüşlər. Digər görüşlər Fələstin və Quranda Qəzza mövzusundadır ki, hər gecə keçirilir".

Onun sözlərinə görə, bu sərgidə İran sənətlərini, xüsusən də İran xəttatlıq üsullarını tanıtmaq üçün bəzi rəssam və xəttatların İran xəttatlıq üsulları və iranlı sənətkarlarla tanış olması üçün hazırlıqlar aparılıb və iranlı ustalar tərəfindən bu üsullar öyrədiləcək. Digər tərəfdən, bu sərgidə iştirak edən xarici rəssamlar öz üsul və sənətlərini iranlı rəssamlara öyrədirlər. Məsələn, İranda Məğrib yazısı o qədər də tanınmır və bu sərgidə Tunis və Əlcəzairdən olan rəssamların iştirakı ilə İran rəssamlarına bu yazı ilə tanış olmaq imkanı yaradılıb.

4207105

captcha