IQNA

Avstraliyalı yeni müsəlman keşiş Quranın mənəvi təsirindən danışıb

8:39 - January 10, 2024
Xəbər sayı: 3495275
İQNA - Avstraliyalı keşiş bildirib ki, Qurani-Kərimi oxuduqdan sonra bu ilahi kitab ona Allahın risalətinin və İslamın haqq din olduğunu başa salıb.

"İQNA", "DeenShow" saytına istinadən xəbər verir ki, avstraliyalı keşiş Quld David İslamı qəbul etdiyini və adını Əbdür-Rəhman olaraq dəyişdirdiyini açıqlayıb.

45 il kilsədə xidmət edən keşiş İslama olan yolunun ögey qardaşının dəfn mərasimində iştirak etmək üçün Perthə getməsi ilə başladığını ifadə edərək, otelinin Perthin əsas məscidinə yaxın olduğunu bildirib.

O, bildirib ki, məscidin yanından keçərkən içindən gələn bir səs ona məscidi ziyarət etməyi söyləyib.

“İllərdir kitabxanamda Quran var idi, oxumamışdım, amma bu dəfə otelimə qayıtdım və səcdə etdim və Allahdan mənə haqqı göstərməsini istədim. Diz çöküb bir müddət dua etdim. Sonra Quran oxudum. “Mən ağlım və ruhumla Quranın Allahın həqiqi kəlamı olduğunu başa düşdüm” deyən keşiş Avstraliyanın Tasmaniya şəhərinə qayıtdıqdan sonra yepiskopuna məktub yazıb və İslamı qəbul etdiyini və kəlmeyi-şəhadəti oxuduğunu bildirib”.

Daha sonra Quld David, Perth məscidinin imamını çağıraraq kəlmeyi-şəhadətini dediyini bildirib. Cümə günü Hobart məscidinə gedərək müsəlman icması qarşısında kəlmeyi-şəhadətini təkrarlayıb.

Yeni müsəlman olan keşiş verdiyi qərardan böyük razılıq ifadə etdi.

İslam dünyada ən sürətlə inkişaf edən dinlərdən biridir və Pew Araşdırma Mərkəzinin məlumatına görə, 2015-2060-cı illərdə müsəlmanların sayı dünya əhalisinin ümumi sayından iki dəfə çox olacaq.

ABŞ-ın Kaliforniya ştatında yaşayan tanınmış xristian keşiş Hilarion Haqinin İslamı qəbul etməsi 2023-cü ilin fevral ayında Amerika mediasında geniş işıqlandırılıb.

4192931

captcha