IQNA

İsveç Momikanı Quranı yandırdığına görə deportasiya edəcək

11:35 - October 27, 2023
Xəbər sayı: 3494920
STOKHOLM (İQNA) - Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tengroth, TV4 kanalına verdiyi açıqlamada, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söylədi.

Tenqroth bildirib ki, bu tarixdən sonra onanyaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.

Momikanın yalan ifadəsi səbəbiylə bu qərarı aldıqlarını ifadə edən Tenqroth, "Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etməyə qərar verdik. Həmin şəxsin 5 il müddətinə İsveçə girişinə qadağa qoyuldu" dedi.

Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.

4178054

 

captcha