IQNA

Sosial şəbəkələrdə azərbaycanlı qarinin qiraəti rəğbətlə qarşılanıb

Bakı (IQNA) – Azərbaycanlı qari Məhəmməd Dibirovun fərqli qiraəti və gözəl səsi milyonlarla sosial şəbəkə istifadəçisi tərəfindən rəğbətlə qarşılanıb.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, azərbaycanlı qiraətçi və dua oxuyanı Məhəmməd Dibirov fərqli qiraəti və gözəl səsi ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Dibirov Qəsəs surəsinin 77-ci ayəsini qiraət edib:

«وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ»

"Allahın sənə verdiyindən özünə axirət qazan  Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!".

Onun bu qiraəti səkkiz milyon dəfə baxılıb.

Dibirovun qiraətçilər arasında fərqli qiraətli və gözəl səsi bir çox dinləyicilərin diqqətini cəlb etmiş və onlarda böyük təsir bağışlamışdır.

  Dibirovun sosial şəbəkədə milyonlarla izləyicisi var, çoxları onun videolarını paylaşır, səsinə və qiraətinə heyran qalır.

Məhəmməd Dibirov hazırda sosial şəbəkələrdə yayımlamaq üçün "Kəhf" surəsini Həfsin rəvayəti ilə qiraət edir.

kod

4160499