IQNA

Quranın konseptual tərcüməsi Rusiyada yeddinci dəfə çap edilib

20:42 - May 06, 2023
Xəbər sayı: 3494129
Qurani-Kərimin rus dilinə konseptual tərcüməsi Rusiyada Quran tədqiqatçılarının rəğbətlə qarşılaması sayəsində yeddinci dəfə çap edilib.

"İQNA", Rusiya İslam Araşdırmaları Fonduna istinadən xəbər verir ki, İbn Sina Fondunun dəstəyi və AST Nəşriyyatının (Rusiyanın ən böyük nəşriyyatlarından biri) iştirakı ilə Quranın konseptual tərcüməsinin bu versiyası müsəlmanların, Quran alimlərinin və Rusiya İslam alimlərinin rəğbətlə qarşılaması və marağı nəticəsində yeddinci dəfə çap edilib.

Bu dəyərli əsəri ərəb və fars dillərindən rus dilinə Anatoli Levonov, Artyom Meskaliov və Boris Norik çevirmişdir. Əsərin elmi redaktoru İlşad Nəsirov olmuşdur.

Quranın rus dilinə konseptual tərcüməsinin ilk nəşri AST nəşriyyatı tərəfindən 2016-cı ildə nəşr edilib və 2023-cü ilin sonunda 15 000 nüsxəyə çatıb.

4138900

captcha