IQNA

Nigeriyada 37-ci Milli Quran Müsabiqəsi keçiriləcək

11:05 - December 05, 2022
Xəbər sayı: 3493366
Nigeriyanın 37-ci Milli Quran Qiraəti Yarışı 16 dekabr 2022-ci ildə Nigeriyanın Zamfara əyalətində keçiriləcək.

"İQNA", xəbər verir ki, Zamfara Əyaləti Hökuməti 16 dekabr 2022-ci il tarixində keçiriləcək 37-ci Milli Quran Qiraəti Müsabiqəsinə ev sahibliyi etmək üçün tədbirləri tamamladı.

Bu barədə Zamfara əyaləti qubernatorunun müavini, senator Həsən Nəsihə Qusauda keçirilən Dövlət Quran qiraəti müsabiqəsinin açılış mərasimində bildirib.

"Tenationonlineng"-in məlumatına görə, Nəsihə əmin edib ki, əyalət hökuməti turnirin lazımi səviyyədə keçirilməsi və qonaqlara lazımi qonaqpərvərliyin göstərilməsi üçün bütün lazımi maliyyə dəstəyi göstərməyə hazırdır.

O deyib: "Nigeriya hökuməti dini qurumlara kifayət qədər diqqət yetirir və əyalətdə dövlət və milli Quran qiraəti yarışlarının uğurla keçirilməsi üçün lazım olan hər şeyi təmin edəcək".

Nəsihə əlavə etdi: "Biz bütün ölkədə sülh və əmin-amanlığa nail olmaq üçün Allahın ali kitabı olan Quranın təliminə əməl etməliyik".

Nigeriyada Quran qiraəti üzrə dövlət müsabiqəsinin katibi Mallam Sediq Sediq də deyib: "Bu illik dövlət müsabiqəsi 14 yerli və əyalət dövlət məntəqəsindən 367 nəfərin iştirakı ilə keçiriləcək".

O, qeyd edib ki, bu müsabiqənin təlimatı yeddi bənddən ibarətdir və onlara əsasən, iştirakçıların yaşı 25-dən çox olmamalıdır.

4104378

captcha