IQNA

127 əlcəzairli qiraətçi Quranı qiraət etmə icazəsi alıb

8:08 - July 15, 2022
Xəbər sayı: 3492553
Əlcəzairin Konstantin şəhərində 127 kişi və qadın qiraətçi bu yaxınlarda qiraət icazəsi alıb.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Əlcəzairin Konstantin şəhərindəki "Əbdül-Həmid İbn Badis" Quran məktəbinin bir sıra Quran tələbələri, sayı 127 nəfərə çatan bəzi kişi və qadın Quran tilavəti müəllimləri ilə birlikdə qiraət icazəsi alıblar.

Bu Quran kursunun məzunlarının hamısı diplom və universitet təhsili almış və bu kursda iştirak etməklə qiraət icazəsi almağa nail olmuşlar.

Qeyd edək ki, ərəb dünyasında Qurani-Kərimi qiraət etmək üçün icazə ya Quranın qiraətini bacaran, ya da bununla yanaşı Quranı tam əzbərləmiş şəxslərə verilir.

4070896

captcha