IQNA

Nigeriyada ehtiyacı olanlara ərzaq yardımı edilib

19:56 - April 26, 2022
Xəbər sayı: 3492138
Nigeriyadakı Abuca Milli Məscidi ehtiyacı olan 200 müsəlmana ərzaq yardımı edib.

"İQNA", "Daily Trust"-a istinadən xəbər verir ki, məscid rəsmisi və ərzaqların paylanmasına cavabdeh olan xeyriyyə təşkilatının rəhbəri Məhəmməd Kəbir Adəmin sözlərinə görə, bu addım Ramazan ayında oruc tutmalarını asanlaşdırmaq üçün qidaya ehtiyacı olan müsəlmanlara yardım etmək idi.

Ehtiyaclılara edilən bu yardım Ramazan ayında infaq etməyii vurğulayan dini bir göstərişdir.

O, bu proqramın bu məscidin həyata keçirdiyi ilk proqram olduğuna işarə edərək deyib: "Bu addım "Dəvət" məscidinin ölkə daxilində ehtiyacı olan ailələrə yardım məqsədi ilə həyata keçirdiyi humanitar fəaliyyətlərinin bir hissəsidir.

"Dəvət" məscidi adlanan Abuca Milli Məscidi 1984-cü ildə tikilib və Abuca şəhərinin simvollarından biri və ehtiyacı olanlara yardım mərkəzi kimi tanınır.

4052559

Teqlər: nigeriya ، ərzaq ، yardım ، abuca ، ramazan ayı
captcha