IQNA

Nigeriyalı futbolçu Kamerunda məscid tikintisinə yardım edib

21:25 - January 31, 2022
Xəbər sayı: 3491662
Nigeriya millisinin futbolçusu Əhməd Musa Kamerunda yerləşən Qaroua Mərkəzi Məscidinin tikintisinə dəstək verdiyini açıqlayıb.

"İQNA", xəbər verir ki, Əhməd Musa Qarouadakı mərkəzi məscidə 1500 dollar bağışlayıb. Musanın media üzrə köməkçisi Muslim News-a müsahibəsində həqiqəti təsdiqləyib.

Bu məscid Nigeriya milli komandasının düşərgəsinin yaxınlığında yerləşir. Düşərgə Nigeriya futbol komandasını Kamerunda keçiriləcək Afrika Millətlər Kubokuna hazırlamaq üçün istifadə olunub.

Bu pul Qaroua məscidinin tikintisi layihəsinə xərclənəcək. Əhməd Musa bundan əvvəl Muslim News tərəfindən ilin yaxşılıq edən adamı seçilmişdi.

4032317

Teqlər: nigeriya ، futbolçu ، kamerun ، məscid ، yardım
captcha