IQNA

Mahmud Şəhhat atasının qiraətini təqlid edib

12:14 - January 10, 2022
Xəbər sayı: 3491539
Misirli gənc qiraətçi Mahmud Şəhhat Ənvar "Əl-Nəhar" peyk kanalında atasının qiraətini təqlid edərək Qurani-Kərimdən ayələr oxuyub.

"İQNA", xəbər verir ki, "Əl-Nəhar" peyk şəbəkəsində atası Şəhhat Məhəmməd Ənvərin vəfatının on dördüncü ildönümü münasibəti ilə keçirilən bu proqramda Mahmud Şəhhat atasını təqlid edərək Həmd surəsini oxuyub.

Şəhhat Məhəmməd Ənvər məşhur Misir Quran qarilərindən biri idi. Belə ki, onu yeni nəslin Əkbərul-Qürrası adlandırırdılar. 1 iyul 1950-ci ildə Misirdə anadan olub. O, 2008-ci il yanvarın 13-də 58 yaşında vəfat edib.

kod

4027517

captcha