IQNA

Türkiyə XİN Avstriya hökümətinə islamofobiyaya görə etiraz etdi

17:59 - May 29, 2021
Xəbər sayı: 3489938
Türkiyə Xarici İşlər Nazirliyi Avstriyadakı müsəlmanlara məxsus 600-dən çox qurumun xəritəsinin yayılmasına münasibət bildirib. Mənbə: https://eastnews.org/news/56966

Türkiyə Xarici İşlər Nazirliyi Avstriyadakı müsəlmanlara məxsus 600-dən çox qurumun xəritəsinin yayılmasına münasibət bildirib.  

"Avstriya İnteqrasiya naziri müavininin müsəlmanlara məxsus 600-dən çox qurum və təşkilatı özündə əks etdirən xəritəni paylaşması əslində radikallara və faşistlərə ünvan göstərməkdir. Bundan sonra baş verəcək istənilən islamofobiyaya görə Avstriya hökuməti məsuliyyət daşıyacaq", - deyə Xarici İşlər Nazirliyi diqqətə çatdırıb.  

Bundan əlavə, vurğulanır ki, Türkiyə hökuməti Avropada müsəlmanlara qarşı başladılan islamofobiya dalğasına sərt şəkildə etiraz edir və nəticələrin dövlətlərin təhlükəsizlik problemi olacağını bəyan edir.

 "Gələcəkdə baş verəcək istənilən təhlükəsizlik probleminin səbəbi aparılan siyasət olacaq. Bunun baş verməməsi üçün islamofobiyaya son verilməlidir", - deyə Xarici İşlər Nazirliyi bildirib./ eastnews

Teqlər: diyanət ، islamofobiya ، avstriya
captcha