IQNA

Ömrünü Qurana həsr etmiş görmə qüsuru olan Quran müəlliməsi - Foto

22:45 - February 16, 2021
Xəbər sayı: 3489291
Tehran (IQNA) -  Mirsin əş-Şərqiyyə əyalətinin Belbes şəhərinin ər-Rəmlə kəndində yaşayan 58 yaşlı Süteytə Əbdüləzim Dərviş Quran hafizidir.

O, anadan olarkən gözlərində problem olub, dəfələrlə gözlərini əməliyyat etdirsə də faydası olmayıb və daha sonra görmə qüvvəsi yox dərəcədə zəifləyib.

Həyatın ona çətin keçməsinə baxamayaraq Qurani-Kərimi dinləməyi çox sevirmiş. Bu sevginin sayəsində bütün çətinliklərə rəğmən Qurani-Kərimi əzbərləyə bilib.

Onun Qurana sevgisi məhəllə məscidinin camaat imamı və Quran qarisi olan atasının səsinə qulaq asmaqla başlayıb. Atası onu 4 yaşında ikən kəndin Quran mədrəsəsinə göndərir və Süteytə Quran öyrəməyə başlayır.  

Doqquz yaşında Quranı əzbərləyən balaca Süteytə öz yaşıdlarına Quran hifzi öyrətməyə başlayır.

Bundan əlavə əzadarlıq məclislərində xanımlar üçün Quran tilavət edərək məşhurlaşır.

Süteytə 5 uşağı olan dul bir kişi ilə evlənir və onun uşaqlarını böyüdür. İndi bu uşaqlar hər birisi təhsil alıb və müxtəlif işlərdə məşğuldurlar.

Atalarının vəfatından sonra Süteytənin himayəsində qalan uşaqlar indi onlara analarını əvəz etmiş və sözün həqiqi mənasında ana olmuş bu xanıma dəstəkdirlər. Əlbəttə Süteytənin özünə də Allah iki qız övladı nəsib etmişdir. Onların da ali təhsili vardır.

Xanım Süteytə Əbdüləzim deyir: Mən günümü Sübh namazı ilə başlayıram. Daha sonra Quran tilavət edirəm. Evimdə uşaqlara Quran hifzini tədris edirəm. Mən bu təhsilə görə heç bir əvəz almıram, təkcə Allahın razılığını istəyirəm. Quran hifzi öyrətdiyim tələbələr arasında həkim, mühəndis, müəllim və camaat imamları var. Mənim kəndimdə hər bir evdə Quran hafizi var. Bütün ailələrə nəsihət edirəm ki, uşaqlarına Quran əzbərlətdirsinlər. Bu onların hafizələrini gücləndirir. Quran onların dünya və axirət həyatlarını bərəkətli edəcək. Necə ki, Allahın Rəsulu (s) buyurub: "Hər kəs dünyanı istəyir, Quran oxusun, hər kəs axirəti istəyir Quran oxusun, hər kəs ikisini də istəyir yenə də Quran oxusun". /3954452/

 
حکایت بانوی 58 ساله مصری که زندگی خود را وقف قرآن کرد + عکس
 
حکایت بانوی 58 ساله مصری که زندگی خود را وقف قرآن کرد + عکس
 
حکایت بانوی 58 ساله مصری که زندگی خود را وقف قرآن کرد + عکس
captcha