IQNA

Sudanın məşhur Quran qarisi vəfat etdi – Tilavət videosu

7:19 - November 08, 2020
Xəbər sayı: 3488570
Tehran (IQNA)  - Sudanın məşhur Quran qarisi Şeyx Nureyin Məhəmməd Siddiq və digər üç Quran hafizi yol qəzasında həyatlarını itiriblər.

Bu barədə Sudanın İslami Fond və Dini İşlər Naziri Şeyx Nəsruddin Müfərrih öz şəxsi "facebook" səhifəsində məlumat paylaşaraq məşhur Quran qarisi Şeyx Nureyin Məhəmməd Siddiqi yol qəzasında dünyasını dəyişib.

O əlavə edib: Hadisə zamanı Quran hafizləri Əli Yəqub, Abdullah Əvəz Kərim və Məhnəd əl-Kənani yol qəzasında vəfat ediblər və Misrli qari Seyyid bin Ömərin həmin hadisədə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sudanın hakimiyyət şurasının rəis müavini Məhəmməd Həmdan Dəqlu Hümeydəti başsağlığı verib.

Qeyd edək ki, Quran hafizi Şeyx Nureyin Məhəmməd Siddiq Sudanın məşhur qiraət ustadı idi. Sudanın paytaxtı Xartum şəhərinin mərkəzi məscidinin camaat imamı və xətibi vəzifəsində çalışırdı.

Onun Quran tilavəti ölkəsində sevilirdi, Sudanın ümumi məkanları, şəxsi və ümumi nəqliyyat vasitələri, ticarət məkanları və Quran radiosundan həmişə onun həzin səsli tilavətləri eşidilirdi.

Şeyx Nureyin Malaziya və BƏƏ-də beynəlxalq Quran yarışlarında iştirak etmiş və 83 ölkənin iştirak etdiyi yarışda üçüncü yeri qazanmışdı. /3933601

kod
captcha