IQNA

Yunanıstanda "Həzrət Məryəm (s)" kinosu ekran olundu

11:31 - July 26, 2020
Xəbər sayı: 3487732
Tehran (IQNA) -  İran İslam Respublikasının istehsalı olan "Həzrət Məryəm (s)" teleseriyalının kinosu Yunanıstanın Lefkada adasında ekran edilib.

Həzrət Məryəm (s) kinosu Yunanca alt yazılı ilə iki günlük İranşünaslıq, Fars dili və xətti seminarında iştirak edənlər üçün ekrana çıxarılıb.  

İran İslam Respublikasının Yunanıstanın paytaxtı Afina şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzi Lefkada şəhərinin məsullarının həmkarlığı ilə iranşünaslıq mövzusunda Yunanıstan vətəndaşları üçün müxtəlif maraqlı proqramlar hazırlayıblar.

Yunanıstanın siyasi, mədəni, elmi, ictimai və dini şəxsiyyətlərinin iştirakı ilə keçirilən proqramlar çərçivəsində Həzrət Məryəm (s) kinosu Yunanca alt yazılı nümayiş olunub. /3912483

captcha