İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, naməlum şəxslər Yunanıstanın Trikala şəhərindəki qədimi “Kurşunlu” məscidinə daşla hücum edərək məscidin giriş qapılarının şüşələrini sındırıblar.
Hadisə cari həftənin Bazar Ertəsi günü (13 İyul 2020) səhər saatlarında baş verib.
Vandalların XVI əsrdə inşa edilmiş məscid binasına daşlarla hücum etməsi xristianların İstanbuldakı qədim Ayasofiya kiləsi muzeyinin məscidə çevirilməsinə etiraz qiymi qiymətləndirilib.
Kurşunlu məscidi 16-cı əsrdə Xacə Memar Sinan Ağa tərəfindən tikilib. Məscid son illərdə təmir edilmişdi. Məsciddən şəhər bələdiyyəsinin və həmçinin kilsənin proqramlarında da istifadə edilirdi. /3910594