IQNA

Quran-Kərimin Azəricə ən yeni tərcüməsinə baxış

0:00 - December 20, 2014
Xəbər sayı: 2623044
Beynəlxalq qrup: İndiyədək Quran-Kərimin Türk dilinə yüzdən çox tərcüməsi çapdan çıxmışdır ki, son günlərdə Cənubi Azərbaycandan olan dilçi alim Rəsul İsmayılzadənin Azərbaycan türkcəsinə yeni tərcüməsi işıq üzü görmüşdür.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İndiyədək Quran-Kərimin Türk dilinə yüzdən çox tərcüməsi çapdan çıxmışdır ki, onların arasında 10 tərcümə səlis türk dillərinə aiddir və son günlərdə də Cənubi Azərbaycandan olan dilçi alim Rəsul İsmayılzadənin Azərbaycan türkcəsinə yeni tərcüməsi işıq üzü görmüşdür.



Bu tərcümələrdən bəziləri, o cümlədən Azəricəyə tərcümə möhtəva, mənanın ötürülməsi, tərcümə ilə orjinal mətn arasındakı uyğunlaşmaq və sözlər üçün dəqiq müadil (ekvivalent) və oxşar mənaların seçilməsi çox ali dərəcədədir. Amma dilçilik və ədəbiyyat baxımından bir sıra zəif məqamlar vardır.



Quran-Kərimin Azəricə müasir və klassik tərcüməsində nəsr baxımından səlis və ədəbi olsalar da, möhtəva və ekvivalent baxımından nöqsanlar mövcuddur. Bu tərcümələrdə əqidəvi, məzhəbi və şəxsi səliqələr emal olunubdur.



Buna görə də "Təcümane vəhy" müəssisəi Azəri türklərinin bu barədə ehtiyaclarını nəzərə alaraq Azəri türkcəsində Quran-Kərimin yeni tərcüməsini təqdim etdi ki, bu tərcümədə heç bir məzhəbi nüfuz və şəxsi səliqə emalı yoxdur. "Quran-Məcidin Tərcüməsi Müəssisəsi" beş il ciddi çalışmalardan sonra Rəsul İsmayılzadənin həmkarlığı nəticəsində Quranın yeni azəricə tərcüməsini krıl, latın və cığatayı (əsl türk əligbası) əlifbası ilə çap və nəşt etmişdir.



2621925

Teqlər: quran ، tərcümə ، rəsul ، azəri
captcha