IQNA

Həzrət Abbasın (s) hərəmində qadın Quran mərkəzinin gündəlik fəaliyyəti yenidən bərpa edilib

12:09 - September 23, 2022
Xəbər sayı: 3492967
Həzrət Abbasın (ə) hərəmindəki Qadın Quran Mərkəzi Ərbəin başa çatdıqdan sonra bu mərkəzin gündəlik fəaliyyətinin bərpa olunduğunu elan edib.

"İQNA", Həzrətr Abbas (ə) hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, bu ziyarətgaha bağlı Qadın Quran Mərkəzi elan edib: "Bu mərkəzin qapıları Ərbəindən sonra Quran kursları könüllülərinin üzünə açıq olacaq".

Həzrət Abbasın (ə) hərəmindəki Qadın Quran Mərkəzinin direktoru Mənar Əl-Cuburi deyib: "Ərbəin bitdikdən sonra və əvvəlki cədvələ uyğun olaraq, bu mərkəzin Nəcəfdəki mərkəzi ofisi səhər və axşam Quran kursu tələbələrini qəbul edəcək".

O əlavə edib ki, qadın Quran Mərkəzi fəaliyyətini daha böyük diqqətlə davam etdirəcək. Bu mərkəz Quran qaydalarını öyrənmək istəyən daha çox qadını qəbul etmək üçün yeni kurslar yaratmaq əzmindədir.

4087261

captcha