IQNA

İmam Səccad (ə) Kərbəlanı yaşatdı

8:21 - August 10, 2022
Xəbər sayı: 3492702
İmam Səccad (ə) Aşura hadisəsindən sonra camaatı ayıltmaq, yezidiləri və zalım Bəni-Üməyyə hökmdarlarını rüsvay etmək üçün çoxlu işlər görmüş, batil rejimlərə qarşı güclü təbliğat taktikası tətbiq etmişdir.

İmam Səccad (ə) İmam Hüseynə (ə) əzadarlıq etmək və bu cür məclislər təşkil etməklə Aşura hərəkatının yaddaşını təzələdi və bu hərəkatın mədəniyyətini yaşatdı. Bu, ən mühüm, dərin və eyni zamanda ən sadə üsullardan biridir. Əzadarlıq düzgün və müsbət olarsa, Kərbəla şəhidlərini xatırladacaq və insanların zalımlara və azğınlıqlara qarşı müqavimət ruhunu artıracaq.

 

İmam Səccad (ə) və Həzrət Zeynəb (s) lap əvvəldən əzadarlıq ənənəsini qurmağı düşünürdülər. Bu şəkildə təşkil edilən ilk məclislər Yezidin siyasəti dəyişdikdən və peşmançılıq hissi keşirdikdən sonra onun hakimiyyətinin paytaxtı Şamda baş tutdu.

İmam Səccad (ə) və onun səhabələri hər gün Şamın Darul-Hicarəsində əzadarlıq məclisləri keçirdilər. Çoxlu qadınlar bu məclislərdə iştirak etdilər. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin zikri və xatirəsi onların qulağına çatdı. Camaatın hissləri o qədər yüksəldi ki, onlar Yezidin sarayına hücum edib onu öldürmək istədilər. Suriyada olan Mərvan təhlükəni hiss edərək Yezidə dedi: İmam Səccad (ə) və Əhli-Beytin  Suriyada qalmaları məsləhət deyil. onları tez bir zamanda Mədinəyə göndər. Yezid onları yeddi gün əzadarlıqdan sonra, yəni səkkizinci gündən Mədinəyə geri göndərdi. Buna görə də İmam Səccad (ə) və həzrət Zeynəb (s) əzadarlıq mərasimlərinin baniləridir.

Bu məsələnin başqa bir şahidi də budur ki, İmam Səccadın (ə) karvanı Suriyadan Mədinəyə gedəndə birbaşa Mədinəyə getmək niyyətində idilər. Amma yolda əvvəlcə Kərbəlaya gedib və orada İmam Hüseynin (ə) Ərbəinində şəhidlərin müqəddəs məzarlarının yanında üç gün matəm saxladılar.

Cabir ibn Abdullah Ənsari orada idi və bu üç gün ərzində Bəni-Haşimdən bir neçə nəfər və Kufə camaatı toplaşaraq yas tutdular. Bu məsələ həm də əzadarlıq ənənəsinin qorunub saxlanmasına səbəb oldu. Bundan sonra Mədinədə davam etdi və getdikcə yayıldı. Bu gün də dünya səviyyəsində Peyğəmbərin (s) Əhli-Beytinin ardıcılları onu böyük bir ənənə olaraq geniş miqyasda həyata keçirir.

İmam Səccad (ə) əzadarlığının bir hissəsində Cabir bin Abdullah Ənsariyə xitab edərək dedi: "Cabir, Allaha and olsun ki, burada kişilərimiz öldürüldü, yeniyetmələrimizin başları kəsildi, qadınlarımız əsir götürüldü, çadırlarımız yandırıldı".

İmam Səccad (ə) Aşura hadisəsindən sonra camaatı ayıltmaq, yezidiləri və zalım Bəni-Üməyyə hökmdarlarını rüsvay etmək üçün çoxlu işlər görmüş və batil rejimlərə qarşı güclü təbliğat taktikası tətbiq etmişdir.

 

O vaxt İmam Hüseynin (ə) adının çəkilməsi qadağan idi. Əməvi muzdluları İmam Hüseynin (ə) haqqında pis danışırdılar. İmam Səccad (ə) həmişə İmam Hüseyni (ə) yad edirdi. Elə ki, göstəriş vermişdi ki, üzüyünün qaşında yazsınlar ki, “Hüseyn ibn Əlinin (ə) qatili rüsvay və bədbəxt oldu".

Tarixdə oxuyuruq: Bir gün İmam Səccad (ə) Mədinədən keçərkən bir nəfərin belə dediyini eşitdi: "Mən qəribəm, mənə rəhm et!" İmam Səccad (ə) onu görüb buyurdu: Sən burada ölsən, bədənini yerdə qoyarlar? Qəribə kişi təəccüblə dedi: "Allahu Əkbər, mənim cənazəmi necə dəfn etməzlər, halbuki mən müsəlmanam. Bədənim müsəlman cəmiyyətinin gözü qarşısında necə yerdə qalar?". İmam Səccad (ə) atasının xatirəsini ehtiramla yad edib ağladı və buyurdu: "Nə qədər təəssüfvericidir ki, atam Hüseynin (ə) cənazəsi üç gün dəfn edilmədən yerdə qaldı. Baxmayaraq ki, sən Peyğəmbərin (s) qızının oğlu idin". Həmçinin rəvayət edilmişdir ki, "İmam Səccad (ə) bir gün Mədinənin bazarından keçərkən bir qəssabın kəsmək üçün qoyunu apardığını gördü və ona buyurdu: Bu qoyuna su vermisən? Qəssab cavab verdi: Biz qəssablar qoyunlara su vermədən kəsmirik. İmam Səccad (ə) ağladı və uca səslə buyurdu: “Ey Əbu Abdullah (ə), qoyuna su vermədən kəsmirlər. Lakin sən Allah Rəsulunun (s) oğlu olsan da, onlar sənin başını susuz dodaqlarla kəsdilər."

İmam Cəfər Sadiq (ə) buyurur: "İmam Səccad (ə) ömrünün axırına qədər atası üçün ağladı. Bu müddət ərzində o, gündüzləri oruc tuturdu və iftar vaxtı ona yemək gətirdikdə buyurdu: “Yeyin, göz yaşı tökərdi və buyururdu: “Allah Rəsulunun (s) oğlu Hüseyn (ə) ac-susuz öldürüldü".

Doğrudan da, İmam Səccadın (ə) üzüyünə o uzun cümləni həkk edib yazmağı əmr etdiyi bu işin sirri nədir? İmam Səccad (ə) istəyirdi ki, Kərbəla hadisəsi və İmam Hüseynin (ə) hərəkatı təzələnsin və heç vaxt unudulmasın.

İmam Səccad (ə) həmişə İmam Hüseynin (ə) çəkdiyi müsibətləri xatırlamaq və ağlamaqla yanaşı, xalqı da bu işə həvəsləndirir və buyurur: Hüseynin (ə) öldürülməsinə görə gözləri yaşla dolan hər bir möminin göz yaşları üzünə axsa, Allah onu cənnətlərin əzəmətli otaqlarında yerləşdirər ki, o otaqlarda yüz illərlə yaşasın.

4076476

captcha