IQNA

Kərbəlada Hüseyni zəvvarların izdihamlı iştirakı

11:22 - August 08, 2022
Xəbər sayı: 3492692
Astan Müqəddəs Hüseyni bildirib ki, İmam Hüseynin (ə) zəvvarlarının Tasua və Aşura mərasimlərində iştirak etmək üçün Kərbəlada izdihamlı şəkildə toplanması 2003-cü ildən bəri görünməmiş bir hadisədir.

"İQNA", "Əl-Furat News"-a istinadən xəbər verir ki, İmam Hüseynin (ə) müqəddəs astanının nizam-intizamdan məsul şəxs Fazil Oz elan edib ki, builki Tasua və Aşura mərasimlərində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxlu sayda zəvvar İraqa daxil olub.

O əlavə edib ki, Kərbəla şəhəri Məhərrəm ayının ilk günündən çoxlu sayda zəvvarların şahidi olub və bu sayda zəvvar 2003-cü ildən bəri misilsizdir.

Fazil Oz bildirib ki, bu ölkənin müxtəlif vilayətlərindən Kərbəlaya daxil olmuş İraq vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən çoxlu zəvvarlar da Kərbəlaya səfər edərək Tasua və Aşura əzadarlıq mərasimində iştirak ediblər.

4076741

captcha