"İQNA", "alquds.co.uk"-a istinadən xəbər verir ki, sadəliyin ilham mənbəyi kimi tanınan bu müsəlman oyunçu, Avropanın "Bavariya" klubunun futbolçusudur. O, "Bambalı" adlı ucqar və naməlum kəndi ideal kəndə çevirib.
Manenin yaxınları onun təvazökar və fəzilətli xasiyyətə malik olduğunu deyirlər. Qəzetlər və qlobal saytlar da onun məmləkətindəki son xeyriyyə və humanitar fəaliyyətlərindən yazırlar.
Sadio Manenin kəndindəki xeyriyyəçilik fəaliyyətinin siyahısı belədir:
250.000 avro dəyərində məktəb tikib.
455 min avro dəyərində xəstəxana tikib.
Kənd sakinlərinin internetə çıxışı üçün kəndə internet şəbəkəsi çəkib.
Kənddə hər ailəyə aylıq 70 avro ödəniş edir.
Savadlı tələbələrə pulsuz noutbuk verir.
O, Bambali kəndi üçün poçt şöbəsi və kəndin əhalisinə xidmət göstərmək üçün yanacaqdoldurma məntəqəsi tikdirir. Kənddə məscid də tikdirib. Onun atası sağlığında kəndin məscidinin imam camaatı olub.
4066962