"İQNA" İraqdan xəbər verir ki, Hüseyni Astanının rəhbərliyi İraqın Quran üzrə ən istedadlı şəxslərinin müsabiqəsində qalib gələn Qurani-Kərimin hafiz və qarilərinə hədiyyələr verilib.
İraqın Quran üzrə ən istedadlı şəxslərinin 13-cü müsabiqəsi Kufədəki Məscidi-Əzəmdə keçirilib.
Müqəddəs Hüseyni Astanının Quran İnformasiya Mərkəzinin rəhbəri Səfa Əs-Silavi deyib ki, Hüseyni Astanının rəhbərliyi bu yarışın qaliblərinə Ümrə həcci və Peyğəmbər məscidinin ziyarətini hədiyyə edib. Həmçinin bu yarışların qalibləri İraqı beynəlxalq Quran yarışlarında təmsil edəcəklər.
4065339