"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Misir Baş Müftisinin müşaviri və Ekstremizmlə Mübarizə üzrə Sülh Mərkəzinin rəhbəri İbrahim Nəcm çıxışında bildirib ki, "Sülh" Mərkəzinin birinci ümumdünya konfransı iyunun 7-9-da ekstremizm məsələsini müzakirə edəcək.
O, əlavə edib ki, bu konfransın keçirilməsində məqsəd İslam dünyası alimlərinin baxışlarını bir-birinə yaxınlaşdırmaq, həmçinin ekstremizm və terrorizmlə mübarizə üçün onların baxış və fikirlərini birləşdirməkdir.
İbrahim Nəcm bildirib ki, "Sülh" Mərkəzinin birinci dünya konfransı Misirin Baş naziri Mustafa Madbulinin dəstəyi və 42 ölkədən bir qrup rəsmi, tədqiqatçı, ekspert və akademikin iştirakı ilə keçiriləcək.