"İQNA", "dotgulf.co"-ya istinadən xəbər verir ki, Kabil polisinin sözçüsü Xalid Zədran deyib: "Partlayış mayın 13-də Əfqanıstanın paytaxtı Kabilin beşinci rayonunda yerləşən "Əyyub Sabir" məscidində baş verib.
O əlavə edib ki, ilkin statistikaya görə, indiyədək partlayış nəticəsində 3 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri əraziyə göndərilib və araşdırmalara başlanılıb.
Hələ ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.