IQNA

ABŞ müsəlmanları acları doyurur və uşaqları məktəbə toplayır

13:09 - July 30, 2021
Xəbər sayı: 3490401
ABŞ-dakı aparıcı müsəlman xeyriyyə təşkilatı ərzaq, çanta və məktəb ləvazimatları paylayaraq möhtəşəm iş görür və cəmiyyətin yardıma ehtiyacı olan hissəsinə kömək edir.

ABŞ-dakı aparıcı müsəlman xeyriyyə təşkilatı ərzaq, çanta və məktəb ləvazimatları paylayaraq möhtəşəm iş görür və cəmiyyətin yardıma ehtiyacı olan hissəsinə kömək edir.

2021-ci ilin əvvəlindən Şimali Amerika İslam Dairəsinin (“ICNA Relief”) Çikaqo şöbəsi təxminən 82 ton ərzaq paylayıb, 25 min ehtiyaclı şəxsə xidmət göstərib.

31 iyuldan 7 avqustadək təşkilatı 8 tondan çox ət paylayacaq.

Təşkilat həmçinin özünün hərilki “Back2School” kampaniyası çərçivəsində çanta və məktəb ləvazimatları da paylayacaq.

“Qeyd etmək lazımdır ki, ABŞ-lı uşaqların 20 faizi yoxsulluq şəraitində yaşayır. Biz bilirik ki, uşaqların məktəbə yığımı istiqamətində səylərimiz çanta və ləvazimatlardan daha böyük işdir, aztəminatlı ailələr üçün bu, bizim sevgi və qayğımızı hiss etmək imkanıdır”, – deyə “ICNA Relief”-in regional direktoru doktor Seyma Azfar bildirib.

Xatırladaq ki, ICNA-nın fəaliyyəti Çikaqo ilə məhdudlaşmır, son iki həftə ərzində xeyriyyə təşkilatı Hyuston, Cənubi Florida və Nyu-Yorkda çox sayda insana ət paylayıb. /Şəfəqna

captcha