IQNA

Niderlandda müsəlmanlara qarşı terror aktı törədildi

20:09 - July 28, 2021
Xəbər sayı: 3490390
Hertogenbos şəhərində halal ət satışı ilə məşğul olan obyektə qarşı terror aktı bazar ertəsindən çərşənbə axşamına keçən gecə törədilib, lakin Qərb KİV-lərində geniş şəkildə işıqlandırılmayıb.

Niderland hüquq-mühafizə orqanları ölkənin cənubunda yerləşən müsəlman mağazasına edilən hücumu araşdırır.

Hertogenbos şəhərində halal ət satışı ilə məşğul olan obyektə qarşı terror aktı bazar ertəsindən çərşənbə axşamına keçən gecə törədilib, lakin Qərb KİV-lərində geniş şəkildə işıqlandırılmayıb.

Belə ki, mağazanın girişinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb, nəticədə mağazanın qapısı, yaxınlıqdakı avtomobillər və ərazi zərər görüb.

Hadisə yerinə gələn polis başqa bir bombanı da aşkar edib, müvafiq mütəxəssislər onu zərərsizləşdiriblər. Güc strukturu əməkdaşları yaxınlıqdakı 13 evin sakinlərini ərazidən təxliyyə ediblər və sakinlərə 4 saat sonra geri dönmək üçün icazə verilib. Xoşbəxtlikdən terror aktı nəticəsində heç kim xəsarət almayıb.

Niderland hüquq-mühafizə orqanlarıhələ ki, terror aktını şərh etməyib və baş verən hadisənin motivlərini qeyd etmir. Lakin müsəlman icmasının özü ehtimal edir ki, bu, islamofobiya zəminidə törədilmiş cinayətdir.

captcha