IQNA

12 yaşlı müsəlman və dostları batan şəxsi xilas etdilər

20:05 - July 28, 2021
Xəbər sayı: 3490389
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Başqırdıstan Respublikasının Mejqorye şəhərinin sakinləri olan 3 oğlanı uşağını mükafatlandıracaq.

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Başqırdıstan Respublikasının Mejqorye şəhərinin sakinləri olan 3 oğlanı uşağını mükafatlandıracaq.

Həmin uşaqlar öz canlarını riskə ataraq boğulmaqda olan başqa bir uşağı xilas ediblər.

Az qala faciə ilə nəticələnəcək bədbəxt hadisə bir müddət öncə Kiçik İnzer çayında baş verib. Orada üzən oğlan uşağı boğulmağa və kömək çağırışları etməyə başlayıb. Xoşbəxtlikdən 12 yaşlı 3 dost – Arslan Kazbulatov, Dima Filatov və Maksim Skulkin yaxınlıqda olublar.

5-ci sinif şagirdləri bir komanda kimi hərəkət edərək boğulan şəxsin dadına çatıblar və onu xilas ediblər.

Uşaqlar çaya yaxınlaşan zaman batmaqda olan oğlanın yalnız bir əli görsənirdi, lakin bir neçə an sonra o da suda qərq olub.

Qeyd edilir ki, Arslan dərinə dərinə dalaraq uşağın ayağının yosunlara ilişdiyini görüb. Arslan uşağın ayağını çıxararaq onu suyun üzərinə itələməyə başlayıb, digər gənc xilaedicilər bu əsnada kömək ediblər.

Nəticədə də uşaq boğulmaqdan xilas edilib. /şəfəqna

captcha