IQNA

Xanım Məsumənin (s.ə) hərəmi Qədir-Xum bayramına bəzədilir

12:59 - July 25, 2021
Xəbər sayı: 3490364
“Əhli-Beytin (ə) Kəriməsi” ləqəbi ilə məşhur olan İmam Museyi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) Qum şəhərindəki müqəddəs ziyarətgahında Qədir-Xum bayramına görə bəzədilmə işlərinə start verilib.

İslamın kamil din elan edildiyi Qədir-Xum günü - İslam dinin üçüncü böyük bayramı ərəfəsində “Əhli-Beytin (ə) Kəriməsi” ləqəbi ilə məşhur olan İmam Museyi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) Qum şəhərindəki müqəddəs ziyarətgahında bəzədilmə işlərinə start verilib.

Qədir-Xum bayramı ilə əlaqədar hərəmin bütün sütunlu dəhlizləri, səhnləri və meydanlarına bayram bayraqları asılır. /amfm

 

captcha