IQNA

Pakistan dövləti Məhərrəmliklə bağlı göstəriş verdi

12:42 - August 11, 2020
Xəbər sayı: 3487864
Tehran (IQNA) -  Pakistan dövlət rəsmiləri Məhərrəm ayı mərasimlərində koronavirusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb.

Pakistan dövlət rəsmiləri Məhərrəm ayı mərasimlərində koronavirusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb.

Pakistanın Milli Əməliyyat və Mərkəzi Komandanlıq Qərargahı cari ilin Məhərrəm ayı və mmərasimlərində "covid-19" virusunun yayılmasının qarşısını almaq və məclislərin təhlükəsizliyini təmin etmək üçün xüsusi göstəriş və təlimat verib.

Mərkəzi Qərargahın İslamabadda keçirdiyi iclasda müstəqillik bayramı (14 Avqust) və Məhərrəm ayı mərasimi ilə əlaqədar məhdiyyətlərin azadılması və hazırlıq işlərinin görülməsi barədə danışlıb.

Dövlətin hazırladığı tədbirlər planında cəmiyyətdə fiziki fasilənin qorunması, maska geyilməsi və digər qabaqlayıcı qaydalara əməl edilməsi tələb edilib.

Pakistanın Planlaşdırma naziri Əsəd Ömərin iştirak etdiyi bu iclasda qərara alınıb ki, əzadarlıq heyətləri "böhranın idarə edilməsi komitəsi"ndən icazə alaraq yürüş keçirə bilərlər. Amma dar küçələrdə əzadarlıq yürüşləri keçirilməsinə yol verilməməlidir. Habelə iştirakçılar iki metr sosial məsafəni saxlamalıdırlar. /3915547

captcha