IQNA

İlahiyyatçı: Bu ilin Məhərrəmliyi "ümumxalq ehsan" ayı olsun

10:44 - August 11, 2020
Xəbər sayı: 3487861
Tehran (IQNA) -  İranlı din təbliğatçısı və İlahiyyatçı alim Höccətul-İslam vəl-müslimin Əli Səidian İQNA-ya müsahibəsində deyib: Bu ilin Məhərrəm ayında "qida paylanılması hərəkatı"nı yaradaq.

İlahiyyatçı müsahibəsində İslam dinində insanların sağlamlığının qorunmasının hər şeydən daha əhəmiyyətli olduğuna işarə edərək vurğulayıb: Koronavirus pandemiyasının yayıldığı dövrdə Məhərrəmlik mərasimləri sanitariya və tibbi təhlükəsizliyin qoruna biləcəyi yerlərdə keçirilməlidir. Hətta mənim fikrimcə mərasimlərdə təkcə xütbə və rövzə ilə kifayətlənmək lazımdır və mərasimdə iştirak edənlərin mərsiyə və ya növhənin hansısa sözünü təkrarlamasına ehtiyac yoxdur.

Dini Elmi Hövzənin ustadı tövsiyə edib ki, Məhərrəm ayında əzadarlıq keçiriləcək məscid və hüseyniyyələrin və həmçinin evlərdəki heyətlərin şəraiti, güclü və zəif yerləri dəyərləndirilməli və mərasimlər mövcud imkana uyğun proqramlaşdırılmalıdır.  

O vurğulayıb: Bu il insanların iqtisadi sıxıntıları çoxdur. Təklif edirəm ki, mərasimlərdə yemək verilməsin. Belə bir vəziyyətdə bizim yoxsulların qayğısına qalmağımız vacibdir, ehtiyaclıların yanında olmalıyıq. Hamılıqla bütün yoxsullara kömək etməyə çalışmalıyıq. Bu təkcə dindarların, dini heyətlərin və xeyriyyə təşkilatlarının vəzifəsi deyil, bunu hər kəs hamı üçün etməlidir. Xeyriyyəçilər və ehtiyaclılar barəsində ayrıseçkilik olmamalıdır. Bütün insanlar yaxşıdır, hamı imkanı daxilində kömək edir.

İranlı din təbliğatçısı və İlahiyyatçı alim Höccətul-İslam vəl-müslimin Əli Səidian deyib: Bu il Məhərrəm ayında verilən ehsanlar hamıya şamil olmalıdır, çünki Məhərrəm hamı üçündür. Bu il xüsusi bir şəraitdə yaşadığımız üçün "Ərzaq Ehsanı Hərəkatı" başlatmalıyıq. Əzadarlıq mərasimlərində verdiyimiz ehsanların əvəzinə yoxsulları ərzaq və qida məhsulları ilə təmin edək. Yoxsulların yaşadıqları ərazilərdə evlərə çatdıracağımız ərzaq və qida məhsullarının üzərinə "Seyyidüş-Şühəda (ə) hədiyyəsi" yazaraq bu il də İmam Hüseynin (ə) adını evlərə daşıyaq.  /3915892

captcha