IQNA

Azərbaycanda cavanların dinə münasibəti və medianın bunda rolu

8:21 - July 09, 2020
Xəbər sayı: 3487587
Dünyada, xüsusi ilə də regionda cavan nəslin nümayəndələrinin dinə meyilliliyi çoxaldığı bir zamanda İslam və bəşəriyyətin düşmənləri də cavanları milli və dini dəyərlərdən uzaq salmağa çalışırlar.

Azərbaycanda cavanların dinə münasibəti və medianın bunda roluBu məsələrə İran İslam Respublikası və qonşu Azərbaycan respublikasında da cərəyan etməkdədir. Bir tərəfdən insanlar, xüsusi ilə də yeniyetmələr və cavanlar məscidə, dinə və milli mənəvi dəyərlərə yönəlir, digər tərəfdən isə xalqın və dinin düşmənləri müxtəlif xarab əqidələri cavanların düşüncə qidasına qataraq onların mənəviyyatını zəhərləmərək istəyirlər. Çünki ölkələrin maddi və mənəvi sərvətlərini talamaq, hakimiyyətləri zəiflətmək və kiçik ölkələrə asanlıqla hakimiyyət etmək üçün imperialist düşmənə milli və dini dəyərlərini itirmiş xalqlar lazımdır.  

Bu mövzuda Azərbaycandakı vəziyyəti dəyərləndirmək üçün Beynəlxalq əl-Mustafa (s) İslam Akademiyasının müəllimi, ilahiyyatçı, İslami fəlsəfə və kəlam üzrə mütəxəssis və əxlaq ustadı Höccətul-İslam vəl-müslimin Hacı Adil Əhmədov cənablarının rəyini öyrəndik.

Sual və cavabın mətnini oxucularımıza təqdim edirik:  

Azərbaycanda cavanların dinə münasibətləri necədir? Cavanların dinə yaxınlaşması cərəyanları daha çox müşahidə edilir, yoxsa, dindən uzaqlaşmaları?

 

Ümumiyyətlə hazırkı dönəmdə dünya miqyasında insanlar, xüsusilə gənclərin dinə kütləvi təmayülü hiss edilir. Söz yox, beynəlxalq imperializm var gücü ilə buna mane olmağa çalışır, dinin sözünü, fəlsəfəsini, həyatbəxş və fitri qanunlarının geniş yayılmağına ciddi əngəl yaradır. Dünyada yaranmış islamafobiya cərəyanları, din adı altında fəaliyyət göstərən terror təşkilatlarını da qeyd etdiyim səbəblə əlaqələndirmək olar.

Ölkəmizə gəlincə isə, sovetlər birliyi dağıldıqdan sonra, xalqımızın Allaha, əhli-beytə (ə) olan çoxdankı sevgisi özünü büruzə verməyə başladı. Hazırda on minlərlə azərbaycanlının Ərbəin yürüşündə iştirakı, müqəddəs torpaqlara davamlı ziyarəti, aşura günündə Bakıda və digər rayonlarda möhtəşəm və çoxsaylı insan görüntüləri, xalqımızın İslamın igid övladları Şəhid Mübariz, Hacı Qasim Süleymanilərə olan sevgi və sayğısı buna sübutdur ki, gənclərimizin dinə meyli təbiidir, ümidvericidir və qeyd etdiyiniz dindən uzaqlaşma cərəyanları süni, çoxqınaqlı,  qeyri-orijinal olub, müqayisədə məhdud çərçivəni əhatə edir.

Bunu da qeyd edim ki, dinə ümumi meyil, rəğbət olsa da, insanların iman səviyyələri eyni deyildir. Düşünürəm ki, ortalama götürsək, qənaətbəxş bir göstəriciyə çatmağımız üçün fasiləmiz var.

 

Sizcə, Azərbaycan televiziyasında mənəvi və əxlaqi məsələlərə diqqət yetirilirmi və proqramların hazırlanmasında və ailə mühiti nəzərə alınırmı?

 

Azərbaycan televiziyasında mənəviyyat yaralı yerimizdir. Bu gün təkcə dindarlar deyil, xalqın dərdini çəkən bir çox ziyalı insanlar səviyyəsiz TV verilişlərindən təngə gəlib və vaxtaşırı bu haqda sosial şəbəkələrdə yazılar yazır, xəbərdarlıqlar edirlər.

Azərbaycan xalqı ailəmərkəzli bir xalqdır. Böyük sivilizasiyaların formalaşmasında sağlam ailənin rolu müstəsnadı. Heç şübhəsiz ki, bir çox sosial problemlərin artmasında milli və dini mədəniyyətimizə yad olan bayağı seriyalların təsiri inkaredilməzdir. Dünyanın uzaqgörən insanları qərb mədəniyyətinin çöküşü haqda hələ çoxdan xəbərdarlıq ediblər. Bu gün isə bu çöküş əyani olaraq görünür. Qərb dünyası ciddi əxlaq böhranı yaşayır. Biz niyə onların getdiyi yalnış yolu getməliyik, niyə passiv mövqedə dayanıb mediya sahəsində onları yamsılamalıyıq ki?! Bəyəm bizim zəngin mədəniyyətimiz, folklorumuz, dahilərimiz, şeriyyat aləmimiz bizə bu imkanı vermirmi ki, xalqın təbii ehtiyacına uyğun doğma televiziyamız, öz mədəniyyətimizə uyğun doğma verilişlərimiz olsun?! Niyə vətənpərvərlik və şəhidlik haqda kifayət qədər verilişlər, kino filmləri hazırlanmır və gənclərimizə vətənpərvərlik və şəhidlik ruhiyyəsi aşılanmır?!

Mövzuya dair çox danışmaq olar ki, bu qədərlə kifayətlənirəm.

Sonda bizdən müsahibə götürdüyünüz üçün sizə təşəkkür edir, İqna Xəbər Agentliyinin kallektivinə maarifçilik sahəsində fəaliyyətlərinə görə uğurlar arzu edirəm.

Müsahibəni hazırladı: Mürtəza Kərimi

 

captcha