İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın bütün müsəlmanlar ölkələrində olduğu kimi Rusiyanın da 25 milyonluq müsəlman cəmiyyətində Qurban bayramı İslam dininin ən əhəmiyyətli bayramlarından biri kimi qeyd edilir.
Rusiyanda müsəlmanlara aid 7 min civarında məscidi var. Qurban bayramı ilə əladədar müsəlmanlar məscidlərə toplaşıblar və bütün məscidlərdə bayram namazı qılıblar.
Son statistik hesablamara görə, Rusiyanın müsəlman cəmiyyətinin 3 milyona yaxını ölkənin paytaxtı Moskvada yaşayır. Müsəlmanlar bu şəhərdə birlik və vəhdət ilə tanınırlar.
Paytaxtda yaşayan müsəlmanların böyük bir qismini də Əhli-Beyt (ə) tərəfdarları təşkil edir. Onların toplaşdığı Moskva İslam Mərkəzində də dünən, həftənin birinci günü, 12 Avqust 2019-cu il Qurban bayramı namazı qılınıb.
Moskva İslam Mərkəzinin Hüseyniyyəsində dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenenin səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Əkbəri Ciddinin imaməti ilə qılınan bayram namazında şiələr izdihamlı iştirak ediblər.
Avqust ayının 11-də isə Rusiyanın Müsəlmanlar İdarəsinin rəisi Şeyx Ravil Eynduddinin imaməti ilə Qurban bayramı namazı Moskva şəhərinin Came məscidində qılınmışdı.
Rusiyanın görkəmli siyasət adamları, o cümlədən ölkənin prezidenti Vladimir Putin müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik ediblər.
Vladimir Putin təbrik ismarıcında deyib: Qurban bayramı Həcc ayinlərinin müqəddəs məkanlarda yekunlaşmasıdır. Bu bayram Rusiyanın böyük müsəlman cəmiyyətinin mənəvi irsidir. Bu bayramın mühüm əxlaqi dəyərləri, güclü iman və insansevərlik ruhuna malik ləzzəti vardır. Qurban bayramı bizə öyrədir ki, İslam dini xeyirxahlıq, yaxşılıq, ədalət və digərlərinə qayğılı olmaq kimi dəyərlər üzərində qurulub.
http://iqna.ir/fa/news/3834439