IQNA

Mədinə, Peyğəmbərin (s) şəhəri

Mədinə şəhəri Riyazın şimalı ilə Nəcd əyalətinin arasında yerləşir. Havası quru, az suludur. Qışı soyuq və yayı çox isti bir səhradır. Bu şəhərin adı İslamdan öncə Yəsrib idi. Həzrət Peyğəmbərin (s) bu şəhəri hicrət etməsi ilə "Mədinətun-Nəbi" (Peyğəmbərin şəhəri) adlandırıldı. Məscidun-Nəbi, Quba məscidi və Zul-Qibləteyn (iki qibləli) məscid bu şəhərdə yerləşir. Müsəlmanların müqəddəs şəhəri olan Mədinədə İslam peyğəmbərinin (s) mübarək məzarı dünya müsəlmanlarının ən əhəmiyyətli ziyarət yeridir.